Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Şou Biznes / “Adamın qanacağı, qabiliyyəti olar…” – Damlanın prodüserindən Kəramətə sərt sözlər

“Adamın qanacağı, qabiliyyəti olar…” – Damlanın prodüserindən Kəramətə sərt sözlər

“Kəramətin xalqın arasında birazca hörməti vardısa, onu da yerə vurdu”.

Bu sözləri Yenisabah.az-a müğənni Damlanın prodüseri Şamil İbrahimov deyib.

O, müğənninin yazıçı Kəramət Böyükçöllə baş tutan qalmaqallı müsahibəsi barədə danışıb:

“Sözügedən müsahibə Kəramət Böyükçölün kanalından silindi, çünki müəllif hüquqlarını pozmuşdu. Bircə “Kanal 13” də həmin müsahibə qalıb, o da sabah, birigün “YouTube” tərəfindən kanaldan silinəcək. Kəramət şou-biznes adamı imiş, Tolikdən, digər prodüserlərdən daha çox şou adamı imiş. Mən Kəramət Böyükçölü vətənpərvər bir adam kimi tanıyırdım, təəssüf, yanılmışam. 

O vaxt prodüser Tarix Əliyevlə (Tolik) belə problemimiz oldu. Ona bildirdik və Tolik həmin kadrları paylaşmadı. Amma Kəramətə deyildi ki, paylaşma, yenə öz bildiyini etdi, adamın qanacağı, qabiliyyəti olar, belə hərəkət etmək düzgün deyil.  O özü də elə ağıllı adam deyil, əgər olsaydı bilərdi ki, müəllif hüquqlarını pozmaq düzgün deyil. Kanaldan video silinəndən sonra sanki kanalının bir qolu getdi. Bu da statistikaya ciddi təsir edən bir şeydir. Damla hər şeyi bilmək zorundadır? Kəramətin isə xalqın arasında birazca hörməti vardısa, onu da yerə vurdu”.

Əsmətxanım

“Adamın qanacağı, qabiliyyəti olar...” – Damlanın prodüserindən Kəramətə sərt sözlər

Həmçinin oxuyun

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Yeni növ koronavirusa (COVİD-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyətində müsbət dəyişiklik yoxdur. Bu barədə APA-ya …