Ana səhifə / Şou Biznes / “Adam xəcalət çəkir” – Fazil Mustafa

“Adam xəcalət çəkir” – Fazil Mustafa

Millət vəkili Fazil Mustafa yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə toxunub.

“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarklığa dəstək verilməsindən danışır. Bütün məmurların qarşısında ciddi tapşıqlar qoyur: “Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdılarsa, indi qiyməti 20-30 minə qaldırıblar. Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”.

“Kinematoqrafiya haqqında” qanuna gəlincə isə, millət vəkili bildirib ki, bu qanunun yenidən hazırlanmasına ehtiyac var: “Azərbaycan kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək çün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, teleserial yoxdur. Bu pullar hara getdi?”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın