Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Ad günü hayında deyiləm, dayağımı itirmişəm” – Firəngiz Mütəllimova

“Ad günü hayında deyiləm, dayağımı itirmişəm” – Firəngiz Mütəllimova

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür. Aktrisa 64 yaşını qeyd edir.

AzVision.az -a danışan sənətçi bildirib ki, bir müddət əvvəl qardaşı İlham dünyasını dəyişdiyi üçün builki ad gününü qeyd etməyəcək.

“Qardaşımın dərdini çəkirəm. İnanın ki, heç ad günü yadıma düşmür. Bu dəqiqə doğum günü hayında deyiləm. Qeyd edəcək halım yoxdur. Qardaşını qəfil itirmiş adamam. O, mənim tək dayağım idi. Yatıb ayılmadı. Çox yaxşı insan olub. Xaricə getdi, oğlunu, nəvələrini gördü, Bakıya qayıdandan sonra da başımıza belə bir iş gəldi”.

Qeyd edək ki, sənətkarın ürək xəstəsi olan qardaşı aprelin 14-də dünyasını dəyişib. Aktrisa qardaşının itkisini bu sözlərlə dilə gətirib:

“Canım qardaşım, məkanın cənnət olsun. Nurlar içində yat. Səni bütün varlığımla hiss edirəm. Son nəfəsimə kimi belə olacaq”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …