Ana səhifə / Şou Biznes / “Ad çəkmirsə, gündəmə gəlmək üçün bizi ittiham edir”– Məşhurlarla Rövşanənin qalmaqalı bitmir

“Ad çəkmirsə, gündəmə gəlmək üçün bizi ittiham edir”– Məşhurlarla Rövşanənin qalmaqalı bitmir

Teleaparıcı Rövşanə Ağasəfqızı müğənnilərlə bağlı qalmaqala səbəb olacaq açıqlama verib. ARB-nin siması “Show news” verilişinə açıqlamasında sənətçilərin qoyduğu şərtləri tənqid edib:

“Ayağımın altına gül düzün, şamlar yandırın” deyənləri verilişimə dəvət etmirəm. Yoruluram onlardan. Sənətkar qarşısında baş əyirəm. Amma sənəti olmayıb, qarşıma şərtlər qoyanları sevmirəm. Niyə? Sənə borcum var? Niyə sənin ayağının altına gül düzülməlidir? Bir sənətinə, səsinə, ifaçılığına bax. Sən kimsən ki, ayağının altına gül düzülsün? Nə gəldi geyinirlər. Olsun sənətkar, hər şey geyinə bilər. Amma sənəti olmayan evi-eşiyi, bədəninin orası-burası, əzaları ilə qürrələnməyi və tələb etməyi olmaz.

Özümü kraliça hesab edim? Axı o deyiləm. Əsas xalq səni necə hesab etməsidir. Zamanın gözü ələkdər. Zamanla insanlar ələnir. Kim özünü nə hesab edir etsin. Sənət, qabiliyyət istedad qalacaq. Beşmərtəbə evin, villan, bahalı maşının sənə qalacaq. Amma səndən xalqa heç nə qalmayacaq.

Bəzən elələrini biz özümüz qaldırıb qoyuruq başımızın üstünə. İstedadı olmayanı, əziz insanlar, tamaşaçılar, qaldırmayın yuxarı, toylara çağırmayın”.

Rövşanənin sözləri birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bəs, müğənnilər Rövşanənin ittihamlarına nə deyir?

Müğənni Afət Fərmanqızı deyib ki, heç vaxt aparıcılardan onun üçün studiya bəzəməyini istəyib: “Rövşanə ad çəksin, ümumi danışmasın. Bu açıqlaması gündəmə gəlmək üçündür. Rövşanə açıqsözlüdür, sözü üzə deyə bilir, ona görə ad çəkməlidir. Mən heç bir aparıcıdan studiyanı bəzəməsini istəməmişəm. İnanmıram ki, kimsə də bəzəkli studiya, başından tökülən ləçəklər istəyər”.

Müğənni Təranə Qumral isə Rövşanənin sözlərini özünə aid etməyib: “Rövşanə ilə dostam, mənim haqqımda elə bir şey deməz. Mən efirlərə gül-çiçəklə çıxan biri deyiləm. Bir dəfə mənim üçün studiya bəzədilib, o da ad günümdə 5\5 verilişində olub. Onu da Zaur Kamal özü istəyərək edib. Mənim heç bir istəyim olmayıb. Onun sözlərini özümə aid etmirəm”.

Müğənnilər Rövşanə Ağasəfqızının ittihamlarını özlərinə aid etməsələr də, “Hər şey daxil” verilişinin aparıcılığını etmiş prodüser Tarix Əliyev (Tolik) qalmaqala münasibət bildirib. O deyib ki, Rövşanənin sözlərində həqiqət var, müğənnilər ondan da studiyanın bəzədilməsini istəsə də, razılaşmayıb:

“Veriliş apardığım müddətdə tək qonaq çağırdığım müğənnilər olub. Amma hər hansı tələbləri olmayıb. Onlar maraqlı simalar olub. 6 ay Damla heç bir efirə çıxmamışdı. Mən bildim ki, 2 saat mənimlə təkbətək söhbət edə biləcək. Atası öləndən sonra efirlərə çıxmırdı, tamaşaçı onun üçün darıxmışdı. Xalq artisti Nisə Qasımova da verilişimdə tək qonaq olub.

Röya dəfələrlə verilişlərimdə tək qonaq olub. Onlar tamaşaçıya maraqlı olduqları üçün tək gəliblər. Bir-iki müğənni şərt qoymaq istəyib, amma dəvət etməmişəm. Müğənnilər studiyanın bəzədilməsində özləri maraqlı olur, adamlarına tapşırırlar ki, oranı bəzə, mənə gül, hədiyyə göndər. Bu, dəfələrlə olub. Müğənnini Allah vurub ki, onun üçün studiya bəzəyim. Özləri xərc çəkib, bəzətdirirlər”. Musavat.com

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …