Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Adəm Məmmədov: “Günahsız olduqları sübuta yetirildi, hər ikisi bəraət aldı”

Adəm Məmmədov: “Günahsız olduqları sübuta yetirildi, hər ikisi bəraət aldı”

Müdafiə etdiyim iki nəfərin günahsız olduğu sübuta yetirildi və onlara bəraət hökmü verilərək azadlığa buraxıldı. İbtidai istintaqı düzgün aparmayan 5 müstəntiq barəsində isə xüsusi qərar çıxarıldı”.

Bunu virtualaz.org saytına tanınmış vəkil Adəm Məmmədov deyib. Onun sözlərinə görə, hakim Tanella Nəsrullayevanın sədrliyi ilə quldurluqda təqsirləndirilən Zahid İsmayılov və Elnur Əsədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə hər iki şəxs barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, Z.Ismayılov və E.Əsədli Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq – qabaqcadan bir qrup şəxs tərəfindən əlbir olub törədikdikdə) və 181.2.5-ci (quldurluq – silah tətbiq edildikdə) maddələri ilə təqsirləndirilib.

Təqsirləndirilən şəxslər Binəqədi rayonunda marketdə satıcı işləyən Murad Əliyevə kürəyindən bıçaqla zərbə vuraraq kassadan 130 manat aparmaqda ittiham ediliblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın