Ana səhifə / Şou Biznes / Acunla Şeyma bu gün boşanır – Təsdiqləndi

Acunla Şeyma bu gün boşanır – Təsdiqləndi

TV 8-in rəhbəri, məşhur aparıcı Acun Ilıcalı və xanımı Şeyma Subaşı boşanır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, cütlük bir neçə gün sonra rəsmi olaraq münasibətlərinə son qoyacaqlar. Acunla Şeymanın boşanmağının bir neçə səbəbinin olduğu iddia edilsə də, bu barədə konkret olaraq məlumat verilməyib.

Qeyd edək ki, cütlük ötən ilin sentyabr ayında rəsmi olaraq ailə qurub, onların Melisa adlı 5 yaşlı qızları var.

***

“Hurriyet” qəzeti yazıb ki, Acun Ilıcalı və Şeyma Subaşı bu gün qarşılıqlı razılaşma əsasında boşanacaqlar.

***

Acun Ilıcalı Kanal D-də yayımlanan “İkinci Sayfa”  proqramının aparıcılarına mesaj yazaraq boşanma xəbərini təsdiqləyib: ”Boşanırıq, xəbərlər doğrudur. Hər kəs üçün xeyirlisi olsun”.



Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …