Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Acun Ilıcalı “TV8”i satdı?

Acun Ilıcalı “TV8”i satdı?

“TV8”in sahibi Acun Ilıcalının borc səbəbindən şirkət hissələrinin böyük hissəsini satdığı iddia edilib.

“ Azinforum.az ” “Haberler.com”a istinadən xəbər verir ki, Acunun kanalı “Medical Park Xəstəxanalar Qrupu”na satılması üçün razılaşma əldə etdiyi bildirilir.

Məlumata görə, kanalı daha öncə azərbaycanlıların sahib olduğu bildirilən “Global Medya Group A.Ş.” şirkəti almaq istəsə, “TV8”in yüksək məbləğdə borcunun olması həmin şirkəti geri addım atmağa məcbur edib.

Hələlik iddialarla bağlı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Acun Ilıcalı bir müddət öncə “Səkkiz Media Holdinq”dəki paylarının bir hissəsini “Doğuş Yayım Qrupu”na satsa da, bu da borcdan xilas olmaq üçün çarə olmamışdı.

Qeyd edək ki, A.Ilıcalı 2013-cü ildə “TV8”i 70 milyon dollar alıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …