Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Acun Ilıcalı 20 yaşlı sevgilisinin üzünü göstərdi – VİDEO

Acun Ilıcalı 20 yaşlı sevgilisinin üzünü göstərdi – VİDEO

“TV8”in sahibi, prodüser və aparıcı Acun Ilıcalı ilk dəfə özündən 30 yaş kiçik sevgilisini üzünü göstərib. 

Oxu.Az xəbər verir ki, 20 yaşlı Çağla Altunkayanın “O Səs Türkiyə”də Yeni il çəkilişləri zamanı oynadığı kadrlar efirə verilib.

Acunun bu jestlə gənc sevgilisinə sevgisini etiraf etdiyi bildirilir.Çağla Altunkayanın Acunun ən yaxın dostu və ortağı Esat Yontunçun həyat yoldaşı ilə çəkdirdiyi səmimi fotoları öz sosial hesabında paylaşması bu iddiaları gücləndirib.  

Xatırladaq ki, Acun Ilıcalı boşandıqdan sonra ilk dəfə Çağla ilə görüntülənmişdi. Amma hər iki tərəfdən bununla bağlı açıqlama gəlməmişdi.

Qeyd edək ki, Acun Ilıcalı və Şeyma Subaşı 2018-ci ilin noyabrın 26-da boşanıblar. Onların Melisa adlı qızları var.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …