Cümə , Sentyabr 24 2021
Ana səhifə / Şou Biznes / “Açıq paltar geyindiyimə görə peşmanam, mən elə qız deyildim”

“Açıq paltar geyindiyimə görə peşmanam, mən elə qız deyildim”

“Açıq-saçıq paltarlar geyindiyimə görə peşmanam”.   

Bu sözləri jurnalist Vüqar Kamiloğluna açıqlamasında müğənni Mina Hüseyn deyib. İfaçı fikirlərinə bunları da əlavə edib:

“Çünki elə geyinən qız deyildim. Sadəcə gündəmə gəlmək və izləyicilərin marağına səbəb olmaq üçün belə etdim. Tam tərsi oldu. İnsanlarda mənə qarşı antipatiya yarandı. Bunun üçün çox peşmanam, lakin yavaş-yavaş düzəltməyə çalışıram. Həmin şəkillər həyatımda problem yaratdılar. Anam mənə daim dəstək olur. Amma gördü ki, bu geyimlər xoş qarşılanmır, tənqidlərə tuş gəlirəm. O da dedi ki, qızım, belə geyinmək olmaz”.

Həmçinin oxuyun

Maqsud hansı müğənniləri şantaj edib? – “Deyirdilər ki, qızım var, istəmirəm bu videonu görsün“

“Mən sosial şəbəkə hesabımda Maqsud Mahmudovun səs yazısını paylaşmışdım”. Bunu prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) …