Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Acından ölsəm də, yemək bişirmərəm” – Baloğlan Əşrəfov

“Acından ölsəm də, yemək bişirmərəm” – Baloğlan Əşrəfov

COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Yayılan məlumatda Komitə evdə oturan kişilərə çağırış edib, onları ev işlərində kömək etməyə səsləyib. Bəs görəsən karantin müddətində evdə oturan kişi məşhurlarımız bu müddətdə ev işlərində xanımlarına yardım edirlərmi? 

Əməkdar artist Baloğlan Əşrəfov “Yeni Sabah”a açıqlamasında ev işlərində heç vaxt yardım etmədiyini, hətta aylarla ac qalsa da yemək bişirməyəcəyini bildirib: “Səhhətim yaxşıdır, şükür. Qayda-qanun nə tələb edirsə, onlara əməl edirəm. Evdə qal deyilibsə, çalışıram evdə qalım, çölə çıxmayım. Evdə yeməyimi yeyib, özümə baxıram, qulluq edirəm. Sizə bir söz deyim, o Ailə, Qadın və Uşaq Problemləri Komitəsi nə deyir, nə demir mən bilmirəm. Kişinin kişi işi, arvadın da arvad işi var. Mən bu evdə bir ay da ac qalsam, görsəm ki, artıq acından ölürəm, yenə də gedib qab götürüb nə isə bişirə bilmərəm. Nə də xörək yediyim qabı yuya bilmərəm. Bunlar boş-boş söhbətlərdir. Şükür Allaha ki, evdəkilər salamatdır, öz işlərini görürlər. Mən də onların hesabına yeyirəm, içirəm. Allah bizim milləti, həmçinin bütün dünyanı bu koronavirus bəlasında xilas etsin”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …