Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Abutalıbov yola salınır – Bakının yeni meri kim olacaq?

Abutalıbov yola salınır – Bakının yeni meri kim olacaq?

Qaradağın icra başçısı Süleyman Mikayılov bu post uğrunda mübarizəyə başlayıb, amma… Gələn ayın 13-də Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun 72 yaşı tamam olur. Qeyd edək ki, Hacıbala müəllim icra başçıları arasında ən yaşlılardan biridir. Artıq 15 ildir ki, şəhər meri postunda oturan Abutalıbovun yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi barədə xəbərlər yenidən gündəmə gəlməyə başlayıb.

Eyni zamanda, onun kreslosu uğrunda da gərgin mübarizəyə start verilib. Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, Hacıbala Abutalıbovun yerinə keçmək istəyən şəxslərdən biri də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. Abutalıbovun görəvdən alınacağı xəbərini eşidər-eşitməz Süleyman Mikayılov əlaqələrini işə salmağa başlayıb:

«Deyilənə görə, o yüksək rütbəli şəxslərdən birindən şəhər meri postuna təyin edilməsində ona vasitəçi olmasını xahiş edib. Lakin qarşı tərəf bu məsələnin bir qədər çətin olduğunu söyləyib».

Nəzərinizə çatdırmaq istəyirik ki, Bakının meri olmaq istəyən bu şəxs Qaradağda ona tapşırılan işlərin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Yəni belə birinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunacağı elə də inandırıcı görünmür. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın