Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Abutalıbov pozğun “26-ları” darmadağın edir: “Görün bu adam nə qədər həyasızlaşıb…”

Abutalıbov pozğun “26-ları” darmadağın edir: “Görün bu adam nə qədər həyasızlaşıb…”

Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” kafesi bağlanıb. Bir neçə gündür sosial şəbəkələrdə tarixçilər tərəfindən müzakirə olunan kafenin bağlanmasına səbəb “26 – Bakı komisarı”nın adını daşıması göstərilir.

Məsələ ilə bağlı araşdırma aparmaq üçün klubun yerləşdiyi əraziyə yollandıq. Xaqani küçəsinin bir hissəsi bağlanaraq ərazidə avtomobllərin məhdudlaşdırılmışdı. Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunmuşdu, kafenin əmlakı müsadirə edilirdi.

Əraziyə Bakı Şəhərinin meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlmişdilər. Polis əməkdaşları əraziyə kənar şəxslərin girişinə və kafenin qarşısında çəkiliş aparmağa icazə vermirdilər.

“26” adlanan kafenin hansı əsasla bağlanmasına Bakı meri Hacıbala Abutalıbovdan münasibət öyrənə bildik. Kafenin icarədarı işlətdiyi kluba “26” adını verməsini öz yaşı və atasının doğum günü ilə əlaqələndirsə də, paytaxt meri virtualaz.org-a açıqlamasında kafenin sənədlərində adının “26-lar” “26-lar yaşayır” olduğunu bildirdi.

“2009-cu ildən prezident İlham Əliyevin tapşırığıilə “Sahil bağı” tamamilə yenilənib və burada gözəl park salınıb. Lakin bu gün müəyyən olunub ki, Bakının ən gözəl guşəsində parkın yanında “26-lar kafesi” Vergilər Nazirliyində qeydiyyatdan keçirilib və sənədləşdirilib. Burada “xanımların hamısı pulsuz olaraq qəlyana dəvət edilir” və “26-lar yaşayır” yazılan pozğun gecə klubu fəaliyyət göstərib. Prezident İlham Əliyevin şücaəti nəticəsində Cocuq Mərcanlı işğaldan azad edildi, amma erməniləri təbliğ edən bu pozğun gecə klubu Bakıda fəaliyyətə başlayıb. Onların sənədlərini araşdırmışıq, sənəddə yazılıb “26-lar kafesi”, “26-lar yaşayır” bundan artıq hansı sübut lazımdır? Görün bu adam nə qədər həyasızlaşıb, Bakıda nə qədər açıq fəaliyyət göstərir”, – deyə mer bildirib.

H. Abutalıbov deyib ki, artıq klub bağlanıb və əmlakı müsadirə edilib:“BŞİH-in sərəncamıyla bu klub tamamilə yerlə yeksan olunub, müsadirə edilib. Çünki bu kafeni işlədənlər adi adam deyillər, onların erməni dayıları, əmiləri, anaları, babaları onlara havadarlıq edir. Tez bir zamanda hüquq-mühafizə orqanları bunların hamısın ictimailəşdirəcək, Azərbaycan ictimaiyyətinə hamısının adı və familiyası bildiriləcək”, – deyə mer qeyd edib.

“Bu kafe çoxdan fəaliyyət göstərirdi, niyə indiyə kimi tədbir görülməyib?” sualına isə paytaxt meri kafenin fəaliyyətindən indi xəbər tutduqlarını bildirdi: “Deyilənə görə təzə fəaliyyət göstərirdi. Məni ən çox yandıran başqadır. Məni yandıran odur ki, bu kafe Azərbaycan Yazıçılar Birliyinin binasında icarə əsasında fəaliyyət göstərib. Bu mənim üçün çox ağırdı”.

İcra başçısının sözlərinə görə klub sahibi ilə bağlı cinayət işi açılacaq və o məsuliyyətə cəlb olunacaq.

Əmlakı daşınaraq binadan çıxarılan kafe əməkdaşlarından isə heç kimi görə bilmədik. Polis əməkdaşlarından yalnız onu öyrənə bildik ki, kafenin icarədarı Ramin Məmmədov saxlanılaraq bölməyə aparılıb. Kafenin digər əməkdaşları isə hamısı qorxudan qaçıb gizlənmişdilər.

Xatırladaq ki, kafenin “26 Bakı Komissarı” ilə əlaqəli olması iddiasıyla tarixçi alim Dilavər Əzimli çıxış etmişdi. Alimin sözlərinə görə, bu adla kafenin məhz “Sahil bağı”nın yaxınlığında olması Azərbaycan xalqına qan udduran erməni-bolşevik birləşmələrinin şərəfinə açılılması şübhələrini daha da artırır. (Virtualaz.org) 

*   *   *17:07

Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanıb.

Virtualaz.org-un məlumatına görə, əraziyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib.

H. Abutalıbov deyib ki, Bakının mərkəzində “26” adlı kafenin açılması yolverilməzdir: “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə Azərbaycanda yer yoxdur”.

H. Abutalıbov obyektin tamam bağlanacağını, əmlakının isə müsadirə olunacağını deyib: “Obyektin icarədarları və havadarları da qanuna müvafiq olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində “26 Bakı komissarı” adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.

Qeyd edək ki, H. Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən “26” – “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında “26” adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın