Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Abşeronun icra başçısı keçmiş deputatı niyə “cəzalandırdı”… – FOTOLAR

Abşeronun icra başçısı keçmiş deputatı niyə “cəzalandırdı”… – FOTOLAR

“Bir-neçə həftə əvvəl Xırdalandakı H.Əliyev prospektində ulu öndərin şəhərdə olan yeganə posteri gecəynən yoxa çıxdı. Bu barədə “Feysbuk”da status paylaşdım. Bir-sıra saytlar da faktı yayımladığından sonra olay ictimailəşdi. İcra hakimiyyətindən məsələylə bağlı açıqlama verılərək bildirildi ki, “bəs guya ki, poster zədələnib və bir-iki günə bərpa olunaraq yerinə qoyulacaq”. Ancaq hadisədən az qala bir ay keçib və posterdən hələ ki xəbər yoxdu”.

Modern.az saytı xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Hüseynov çıxış edib.

Eks-deputat bildirib ki, yoxa çıxan posterin əvəzində qəzəbinə tuş gəldiyi Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova onu “cəzalandırmaq” qərarına gəlib.

“Gətirib yaşadığım küçədəki evimın düz qabağına 4 iri zibil qabı qoydurub. Halbuki, həmin küçədə mənimlə bərabər cəmi 3 ailə yaşayır. Zibil qutularının birbaşa İradə xanımın göstəriylə qoyulduğunu Mənzil İstismar Sahəsinin rəisi Rəzzaq, Məişət tullantıları idarəsinin direktoru İslam, o cümlədən icra başçısının Fuad adlı köməkçisi də təsdiqlədilər. İndi onsuz da bərbad olan küçəmiz, xüsusən də küləkli havadan sonra böyük bir zibilxanaya çevrilir. Olsun. Amma bu cür  səviyyəsiz addımlar bizi əsas hədəfdən yayındıra bilməz. Hörmətlı İradə xanım, ulu öndərin posterini gecəynən yığışdırıb, ətrafındakı ağacları da məhv eləməkdə məqsədiniz nədir? Bir aya da postermı bərpa olunar? Bax bu sualları sizə hər gün, hər həftə, hər ay verəcəyik…”,-deyə Etibar Hüseynov bildirib.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın