Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Abşeron RİH-də 60 manatlıq sənəd 15 minə verilir? – FOTOFAKT

Abşeron RİH-də 60 manatlıq sənəd 15 minə verilir? – FOTOFAKT

Görəsən, İradə Gülməmmədova bu məsələni araşdırıb, qaranlıq məqamlara aydınlıq gətirəcəkmi?

Bu günlərdə Qafqaznews.az-a müraciət edən Nadir Zeynalov adlı vətəndaş bildirib ki, bir neçə il bundan əvvəl bir tanışına Abşeron RİH-də sənəd düzəltdirməsi onun başına bəla olub. Belə ki, N.Zeynalovun sözlərinə görə, o, Abşeron RİH-də işləyən Seymur adlı şəxsə obyekt sahibi Malik Abbasovla birlikdə 15 min manat verərək istismara qəbul aktı alıb, amma sonradan M.Abbasov tərəfindən dələduzluqda ittiham olunub. Legion.az oxucularına N.Zeynalovun ərizəsini təqdim edirik: “2012-ci ilin dekabr ayında Malik Abbasov adlı şəxs məndən xahiş etdi ki, Abşeron r-nu, Xırdalan dairəsi yaxınlığında yerləşən, həyat yoldaşı Ruqiya Sadiq qızı Paşayevanın adına olan 600 kvadrat metrlik ərazidə yerləşən anbarın lazımi sənədlərinin düzəldilməsində ona kömək edim. O ərəfədə Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsində çalışan Seymur adlı şəxs mənə bildirdi ki, 15 min manata istismara qəbul aktı düzəltdirə bilər.

maklerMən bu şərti Malikə dedim, o da razılaşdı. Seymur isə öz növbəsində obyektin istismara qəbul edilməsi haqqında Aktı 2012-ci ilin dekabrın 29-u tarixi ilə hazırladı. Lakin biz 2013-cü ilin mart ayında Malik Abbasovla birgə RİH-də Seymurun iş otağında 15 min manatı ona verərək, bu sənədi götürdük.Üstündən bir müddət keçəndən sonra, həmin anbar AAAF tərəfindən alındı, sənədlər də Malik Abbasova lazım olmadığından o məndən sənədlər üçün ödədiyi pulu tələb etdi. Mən Seymura zəng edib bildirdim ki, pulu qaytarmaq lazımdır. Seymur dedi ki, mümkün deyil, amma sənədin çekini verə bilərik. Bu günə qədər nə pul, nə də 15 min manatın çekini almaq mümkün olmayıb. Malik Abbasov da bunu bəhanə edərək, dəfələrlə hüquq mühafizə orqanlarına şikayət edib, məni dələduzluqda ittiham edir. Mən bu məsələdən narahat olaraq, Seymurla görüşdüm, o isə dedi ki, narahat olma, heç nə edə bilməzlər. Bu yaxınlarda Seymurla görüşərək apardığımız söhbətin videoyazısını da ayrıca Sizə təqdim edirəm. Xahiş edirəm, məsələnin həllində mənə kömək edəsiniz”. Legion.az saytının əməkdaşları videoyazı ilə tanış oldu. Amma sözügedən videoyazıda hüquq mühafizə orqanlarına aid bir 1461140855_iradesıra qurumlar və bəzi hörmətli şəxslərin də adı çəkildiyinə görə, həmin görüntülərə tam həcmdə yalnız hüquq mühafizə orqanlarına təqdim etməyi lazım bildik. Məsələn, Seymur adlı şəxs ( onun soyadını öyrənə bilmədik – red.) N.Zeynalovla söhbətində bildirir ki, Xırdalanda bina partlayan vaxt, yəni, 2014-cü il sentyabrın 8-də onun evinə müəyyən qurumun (həmin qurumun adını çəkməyi lazım bilmədik) əməkdaşları gəlib onu aparmaq istəyir (hansı məsələ ilə bağlı olduğunu açıqlamırıq – red.). Lakin o, pol ağacı ilə həmin şəxsləri qovur (dediyinə görə, birinin də başını pol ağacı zərbəsiylə yaralayıb – red.) sonra isə həm sabiq RİH başçısı Zakir Fərəcovla, həm də o vaxt birinci müavin olmuş (hazırkı RİH başçısı- red.) İradə Gülməmmədova ilə telefonda məsləhətləşir. Sonradan isə Zakir Fərəcov sözügedən hüquq mühafizə orqanlarının yüksək rütbəli şəxsi ilə danışaraq (həmin şəxsin adını açıqlamırıq – red.) Seymura deyir ki, “elə biliblər, sənin qaldığın yer Binəqədi rayonundadır, ona görə Abşerondan xəbərsiz gəliblər, səni aparacaqdılar”.. Həmçinin, Seymur adlı şəxs videoda Nadirdən Malikin iştirakı ilə 15 min manat pul aldığını təsdiqləyir.seymur

“Nərimanovdan müstəntiq zəng eləmişdi, dedi rüşvət almısan. Dedim almışam, əcəb eləmişəm, get sübut elə. Orda Akif Əliyevin (Abşeronun baş memarı – red.), Zakir Fərəcovun adı var. İcra Hakimiyyətində işləmişəm, o pul verilib, keçirilib icra hakimiyyətinə. Müstəntiq soruşdu ki, o pulun mənbəyini necə tapaq? Mən də dedim ki, get Zakir Fərəcovdan da soruş. Ondan sonra müstəntiq daha mənə zəng eləmədi”, – deyə sabiq RİH işçisi videoda bildirir.O, həmçinin qeyd edir ki, “bu işin qiyməti daha çox, hətta 50-60 min manatdır”.

Seymur polisə şikayət edən Malik Abbasovun vəkiliylə də danışdığını deyir: “Nadir idmançıdır, ona görə hörmət eləmişik, o qiymətə vermişik. 15 min manat heç torpağın hərracı eləmir”. Nadir Zeynalov sonda Seymurdan soruşur ki, “heç olmasa, iki min manatın qəbzini təşkil edə bilərsən?”. Seymur isə cavabında “mümkündür” deyir.

1403666269_zakir“Amma başçı dəyişib deyə, tarix və imza məsələləri var, bir az çətin olacaq… Hər halda, mən Akif müəllimlə danışaram, bəlkə, kömək edər. Soruşaram, görüm nə məsləhət bilir”, – deyə Seymur qeyd edib. Beləliklə, bu videodan sonra, Seymur adlı şəxsin Zakir Fərəcovu, İradə Gülməmmədovanı və Akif Əliyevi yaxından tanımasına dair heç bir şübhəmiz qalmadı. Hər ehtimala qarşı, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin rəisi Akif Əliyevlə əlaqə saxladıq. A.Əliyev bildirdi ki, 2013-cü ildən istismara qəbul aktını RİH-lər yox, FHN verir. “Belə bu sənədin dövlət rüsumu 60 manatdır. Mən bu işlərə qarışmıram, heç nədən xəbərim yoxdur. Seymuru tanımıram. Kimlərsə “makler”lik edib, mənim xəbərim yoxdur. Sənəd gəlib, imzalamışam”, – deyə A.Əliyev bildirib. Lakin az sonra A.Əliyev Seymuru tanıdığını, onun referent işlədiyini dedi. Daha sonra isə Abşeronun baş memarı qeyd etdi, Seymur öz xoşu ilə işdən çıxıb: “Mənim işçim olmayıb. Mənim şöbəmdə özümdən başqa işçi yoxdur”. Araşdırma nəticəsində öyrəndik ki, sabiq Abşeron RİH başçısı, hazırda isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcovla Seymur adlı şəxsin ikisi də Laçın rayonundandırlar. İnanmaq istərdik ki, bu rüşvət ənənəsi nə Abşeron RİH-də, nə də Zakir Fərəcovun indi rəhbərlik etdiyi Sumqayıt ŞİH-də davam etdirilmir. Həm də çox maraqlıdır, görəsən, İradə Gülməmmədova bu məsələni araşdırıb, qaranlıq məqamlara aydınlıq gətirəcəkmi? Araşdırmamız davam edir.

 11 (4)1 (3)1 (1)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın