Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / ABŞ diplomatı dövlət himnimizi oxudu – VİDEO

ABŞ diplomatı dövlət himnimizi oxudu – VİDEO

Bu videonu “Azadlıq” radiosunun əməkdaşları hazırlayıblar. 
Videoda öz dövlətinin bayrağının rəng və cizgilərindən ibarət olan qalstuk taxmış əcnəbi Azərbaycanın dövlət himnini oxuyur. 
O, ABŞ səfirliyinin əməkdaşı Stefan Gülsidir. Cənab Gülsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən ABŞ-ın müstəqilliyinin elan olunmasının 240-cı ildönümü ilə əlaqədar keçirdiyi rəsmi qəbulda oxuyub.
Göründüyü kimi, hörmətli diplomatın himn və ya mahnı oxumaq üçün gözəl səsi, başqa bir dövlətin himnini oxuyacaq qədər geniş ürəyi var.
Onun himnin sözlərini kağızdan oxuması isə bir şey deyil. Bu ölkədə dövlətini gülünü dərən, amma himnini bilməyən minlərlə məmur var.(musavat.com)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın