Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Abid Şərifov niyə Azərbaycan üçün ağlamır? – FOTOLAR

Abid Şərifov niyə Azərbaycan üçün ağlamır? – FOTOLAR

Baş nazirin müavini  Abid Şərifov mətbuat qarşısında emosional davranışları ilə tez-tez gündəmə gəlir. Şərifov yerli medianın jurnalistlərinə telefon açmasa da, onlarla bir çox hallarda kobud danışsa da, xarici KİV-in qarşısında özünü fərqli yöndən göstərir.
Misal üçün, Türkiyədə  2014-cü ilin may ayında Soma rayonunda baş verən mədən qəzası ilə bağlı danışarkən 300 işçinin həlak olması Abid Şərifovu hüznləndirmişdi və o, göz yaşları içərisində aşağıdakı sözləri söyləmişdi:“Bu bizim üçün böyük fəlakətdir. Dünyasını dəyişdən türk qardaşlarımızın ailələrinə başsağlığı veririk. Allah ailələrinə səbr versin. bir daha türk millətinin ölkəsində belə fəlakətlər yaşanmasın. Mən bir daha hər birinizə səbr diləyirəm. Allah onlara rəhmət etsin, qəbirləri nurla dolsun”.
Bu il oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada çoxsaylı insan ölümü ilə nəticələnən terror hadisəsi ilə bağlı ölkənin Azərbaycandakı səfirliyində açılan dəftəri imzalamaq üçün Abid Şərifov  da iştirak edib. Orada jurnalistlərə açıqlama verən Şərifov yenidən göz yaşları içərisində bildirib: “Türk xalqının başı sağ olsun. Şəhid ailələrinə səbr diləyirəm. Türk xalqına səbr diləyirəm. Bu sonuncu kədərimiz olsun”.
Baş nazirin müavininin qardaş Türkiyədə baş verənlərə üzülməsini normal qəbul edirik. Tarixən Azərbaycanın çətin günlərində Türkiyə hər zaman bizim yanımızda olub.
Türkiyənin acısı həm də bizim acımızdır. Lakin məsələ budur ki, Türkiyənin acısına yanan Abid Şərifov 23 may tarixində Binəqədi rayonunda baş verən dəhşətli yanğın sonrası jurnalistlərə açıqlamasında çox şən görünürdü. Prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan A.Şərifovun jurnalistlərin suallarına  zarafatla verdiyi cavabları sosial mediada da  geniş müzakirələrə səbəb oldu. Həmin zaman Abid Şərifovun gülərək söylədiyi fikrini bir daha nəzərinizə çatdırırıq:
Jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq” sualına Abid Şərifov belə cavab verib: “Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, filankəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var…?! Allah sizi saxlasın”.
Bütün bu verdiyimiz tezislərdən sonra  ortaya bir sual çıxır: Abid Şərifov niyə Türkiyədə yaşanan faciə ilə bağlı ağlayaraq fikir bildirdiyi halda, Azərbaycandakı dəhşətli yanğın sonrası bu cür gülərək açıqlama verdi?!. /musavat.com/




moderator.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın