Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / 9 illik qalmaqalın sonu… – Barışıq videosu

9 illik qalmaqalın sonu… – Barışıq videosu

Doqquz ildir ki, bir-birilərinə atmacalar atan, qalmaqallar yaşayan və onların söz davaları məhkəməyə qədər gedib çıxan Azərbaycanın iki məşhur müğənnisi: Aygün Kazımova və Natavan Həbibi barışıb. 

“Qafqazinfo” xəbər verir ki, xalq artisti A. Kazımova ilə N. Həbibi ötən gün tanınmış radio aparıcısı Kazım Sübhanın doğum günündə olublar.

Az sayda məşhurların qatıldığı gecədə iki ulduz rəqs ediblər, əyləniblər.  Həmin anları jurnalist Şahin Cavadsoy lentə alaraq instaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, “Nömrə 1” yarışmasında Natavanın Aygünə qalib gəlməsi onların münasibətlərini pisləşdirmişdi. Kazımovanın həmkarının erməni milliyyətinə mənsub olduğunu açıqlamasından sonra N.Həbibi xalq artistini onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi.

Məhkəmənin qərarına görə, müğənni N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi.


Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …