Ana səhifə / Şou Biznes / 88 litrlik çənə 96 litr benzin vururlar – “Azpetrol”da sürücülərə fırıldaq gəlirlər (FOTO)

88 litrlik çənə 96 litr benzin vururlar – “Azpetrol”da sürücülərə fırıldaq gəlirlər (FOTO)

Yanacaqdoldurma məntəqələrində devalvasiyadan sonra sürücüləri aldatmaq üçün yeni variantdan istifadə olunduğu barədə dəfələrlə sosial şəbəkələrdə məlumat yayılıb. 

Variant isə ondan ibarətdir ki, sürücü benzin çəninin tam doldururulmasını sifariş etdikdə onun maşınına çənin tutumundan artıq benzin vurulduğu göstərilir. Bu barədə bir neçə dəfə sürücülər sosial şəbəkələrdə yazıb həmkarlarını xəbərdar ediblər.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oxşar hadisə ilə bu dəfə vəkil Cavid Rzazadə rastlaşıb. C.Rzazadə qeyd edir ki, “Azpetrol”un Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsində onun maşınının 88 litrlik çəninə 96 litr benzin “vurulub”: “Mən 19.01.2016-cı il tarixdə saat 20:38-də Nobel prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə istifadəmdə olan “Mitsubişi Pajero” markalı avtomobil ilə yaxınlaşıb “polnıy bak” yanacaq sifariş etdim. Bundan sonra mənim avtomobilimin çəninə hissə-hissə, yəni 71,43 litr və 25,48 litr olmaqla cəmi 96,91 litr yanacaq vuruldu. Əsas məsələ bundan sonra başladı. Belə ki, istifadəmdə olan “Mitsubişi Pajero” markalı avtomobilin çəni vur-tut 88 litr həcmindədir və ən “ağıllı” adam belə anlayar ki, bu həcmdə çənin içinə 96,91 litr yanacağın vurulması qeyri-mümkündür.

Məsələyə aydınlıq gətirmək üçün yanacaq doldurma məntəqəsinin növbə rəisi Xəqani müəllimi çağırtdırdım. O da mənə kompüterin məlumatlarını göstərməklə kifayətlənib inandırmağa çalışdı ki, bəs 88 litr həcmində çənin içinə 96,91 litr yanacağın vurulub. Bu şəxsə kompüterin məhz qəsdən qüsurlu ayarlandığını başa salmağın çətin olduğunu görüb təklif etdim ki, öz vəsaitim hesabına həmin yanacaq doldurma məntəqəsindən 10 litr yanacaq alım. Lakin həmin yanacağı standart ölçülü 10 litrlik şəffaf qaba dolduraq və bu zaman görünər ki, yanacağı kompüter vursa da, faktiki vurduğu yanacağın həcmindən daha artıq həcmdə məlumatları göstərir və bununla da, müştərilər aldadılır.

Amma gözlənildiyi kimi, bu növbə rəisi şəffaf qabda yanacaq satmaqdan imtina etdi. Bundan sonra mən şikayət verəcəyimi deyib, həmin 96,91 litr benzinə görə müvafiq olaraq 50 manat və 17,84 manat olmaqla cəmi 67,84 qəpik ödəyib çekləri tələb etdim. Bu məqamda çeklərdə sehrli şəkildə yoxa çıxdı”.

Vəki bildirib ki, rəhbərlik məsələni operatorun üstünə yıxıb və onu işdən azad edib: “Sahə rəisinə xatırlatdım ki, mənə kompüterin göstəricilərini nümayiş etdirəndə onun şəklini çəkmişəm. Həmin Xəqani adlı rəis mənim avtomobilimə benzin vuran kassir-operatoru qabağa verib dedi ki, bəs şikayət etsən, bu cavan oğlan işindən olacaq, onu işdən çıxaracaqlar.

Növbəti gün kassir-operator olan Qaçaylı Cavanşir Oktay oğlu həmin yanacaq doldurma məntəqəsinin direktoru olan Rauf müəllim tərəfindən bölgə direktoru Rahib müəllimin göstərişi ilə işdən azad olunub. Səbəb isə, mənim tərəfimdən şikayət olunacağı təqdirdə artıq benzinin avtomobilin çəninə deyil, ehtiyatsızlıqdan yerə töküldüyünə istinad edib haqq-hesabda müştəriləri aldatdıqlarını ört-basdır etməkdən ibarətdir”.

C.Rzazadə qeyd edib ki, əslində bu “Azpetrol”un süni qiymət artımı etməsidir: “Mən əslində 88 litr benzinə görə 67,84 manat pul ödəmişəm ki, nəticədə həmin benzinin litri mənə 0,77 qəpik qiymətə başa gəlib”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın