Ana səhifə / Şou Biznes / 8 neftçinin müalicəsindən son xəbər

8 neftçinin müalicəsindən son xəbər

Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında 8 neftçi müalicə alır.

Bu barədə virtualaz.org saytının hazırda xəstəxanada olan müxbirinə tibb ocağının direktoru Leyla Seyidbəyli bildirib.

Onun sözlərinə görə, “Günəşli” neft platformasında baş verən dəhşətli qəzadan xilas edilmiş neftçilər sınıq və travmalar diaqnozu ilə müalicə olunurlar, müayinə və müalicə prosesi normal gedir.

L.Seyidbəylinin sözlərinə görə, xəstəxanada ümumilikdə 22 nəfərə tibbi yardım göstərilib. Vəziyyəti yaxşı olanlar evə buraxılıblar. Yanıq xəsarəti alan bir neftçi isə Respublika Yanıq Mərkəzinə köçürülüb.

Mərkəzdən isə virtualaz.org saytına dedilər ki, xəstənin həyatına təhlükə yoxdur.

Onu da deyək ki, rəsmi şəxslər bu gün boyunca müalicə olunan neftçilərə baş çəkməyə gəliblər. Onların arasında Milli Məclisin üzvləri, ombudsman Elmira Süleymanova, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, dövlət idarə və təşkilatlarının rəhbərləri, SOCAR-ın vitse-prezidentləri olub. Ziyarət bu saatlarda hələ də davam edir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın