Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / 730 nəfər magistraturadan imtina edib

730 nəfər magistraturadan imtina edib

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı başa çatıb.

TQDK-dan AzVision.az-a verilən məlumata görə, qeydiyyat prosesi 28 iyun – 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan ( o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4629 nəfəri qeyd olunan müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib.
730 nəfər qeydiyyatdan keçməyən bakalavrdan 270-i oğlan, 460-ı qızlardır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi 08-14 avqust tarixlərində aparılacaq.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın