Şənbə , İyul 20 2019
Ana səhifə / Şou Biznes / 700 bal toplayan oğlan: “Sevincimizdən uçurduq” (VİDEO)

700 bal toplayan oğlan: “Sevincimizdən uçurduq” (VİDEO)

Kürdəmir rayonunun Xırdapay kənd sakini 1999-cu il təvəllüdlü Təbriz Nazim oğlu Qasımov avqustun 23-də III qrup üzrə ali məktəblərə keçirilən qəbul imtahanında 700 bal toplayıb.

Region TV xəbər verir ki, Kürdəmirdə bu vaxtadək ilk dəfə olaraq maksimum nəticə göstərən T.Qasımov rayonun 2 saylı məktəb liseyində təhsil alıb. Körpəlikdən idmanla məşğul olan Təbriz 5-ci sinifdən dərslərinə xüsusi diqqət yetirməyə başlayıb. O, valideyinlərinin məsləhətinə həmişə qulaq asıb.

Təbriz bu uğuru qazanmasında valideynləri qədər müəllimlərinin də böyük zəhmətinin olduğunu bildirib. İmtahanın nəticələrini gözləməyin həyəcanlı olduğunu deyib: “Ürəyim qısılırdı ki, cavab gəlib çıxmır. Nəhayət cavablar çıxdı. Telefonu götürdüm, başladım rəqəmlərə arxa tərəfdən baxmağa: 00 gördüm. Sonra fikirləşdim ki, 600 olmaz, 700 olar. Gördüm həqiqətən 700-dür. Evdəkilər sevindi, konkret uçurduq”.

Təbrizin təhsil aldığı məktəbin kollektivi onun bu uğurunu Kürdəmir üçün böyük nailiyyət hesab edirlər. Gələcəkdə bu cür şagirdlərin yetişdirilməsi üçün əllərindən gələni edəcəklərini deyirlər.

Həmçinin oxuyun

Məleykə Əsədovanın İsveç sərgüzəştləri – Video

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə birlikdə İsveçdə dincəlir. İstirahət videolarını sosial şəbəkədə paylaşan aktrisa …

Bir cavab yazın