Ana səhifə / Şou Biznes / 70 yaşlı Cahanə nənə 36 ildir taksi sürür – VİDEO – FOTO

70 yaşlı Cahanə nənə 36 ildir taksi sürür – VİDEO – FOTO

Əvvəllər musiqi müəlliməsi işləyən Cahanə nənə paralel olaraq sürücülük peşəsinədə yiyələnib.
Atasının ona hədiyyə aldığı avtomobili o 36 ildir sürür. Müəyyən imkana sahib olsa da maşınını dəyişməyəcəyini bildirir çünki, bu maşını atası ona hədiyyə edəndə dəyişməməsini məsləhət görüb. Əvvəllər sürücülük vəsiqəsi olmayan Cahanə nənə sonralar sürücülük vəsiqəsi alıb.
Zamanla kənd camaatı arasında qazandığı etibar və dəyər ona bu yolda inamla addımlamağa imkan verib. İlk öncələr qadın sürücüyə rayonda pis baxsalarda Cahanə nənənin nümunəvi sürücülüyü haminin rəğbətinə səbəb olub. Azərbaycanın ən qədim sürücülərindən olan Cahanə nənə kənddə xeyirxah insan kimi də tanınır.
O, hazırda da Qumlaq kəndindən Oğuz rayonuna sərnişinləri aparmaqla çörək pulu qazanır. Kənd sakinləridə Cahanə nənənin sürücülüyündən çox razıdırlar (Region TV).

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın