Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / 7 prokuror vəzifədən, 3-ü prokurorluq orqanlarından qovuldu

7 prokuror vəzifədən, 3-ü prokurorluq orqanlarından qovuldu

Ötən bir il ərzində prokurorluq orqanlarının 66 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Virtualaz.org-un məlumatına görə, bu barədə mətbuatda dərc olunmuş məqaləsində baş prokuror Zakir Qaralov yazıb.

Onun yazdığına görə, prokurorluq orqanları üzrə icra və əmək intizamının tələblərini pozduqlarına və digər neqativ hallara yol verdiklərinə görə cəzalandırılan əməkdaşlardan 46 nəfərə şiddətli töhmət və töhmət elan edilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric olunub. İntizam məsuliyyətinə cəlb edilənlərin 8 nəfəri Baş Prokurorluğun, 6 nəfəri hərbi, 16 nəfəri Bakı şəhər prokurorluq orqanlarının, 12 nəfəri rayon prokuroru, 24 nəfəri isə respublika tabeliyində olan rayon prokurorluqlarının digər əməkdaşları olub.

Baş prokuror bildirib ki, prokurorluq işçilərinin xidməti fəallığının artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilərək bu müddət ərzində prokurorluq orqanları üzrə 152 prokurorluq işçisi barəsində həvəsləndirmə tədbiri tətbiq olunub. Onlardan 2 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 37 nəfər fəxri fərmanla təltif edilib, 23 nəfərə qiymətli hədiyyə, 6 nəfərə isə vaxtından əvvəl növbəti xüsusi rütbə verilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın