Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Gəlin dünyanı uşaqlara verək!

Gəlin dünyanı uşaqlara verək!

Bayramınız mübarək, əziz balalar…Dünyada saflıq, paklıq, bakirlik uşaqların ürəyində, körpələrin bəbəyində yaşayır. Dünyanın hansı nöqtəsində uşaqlar ağlayırsa, demək, yer-göy ağlayır. Uşaqları ovutmaq, sevindirmək, göz yaşlarını gülüşə, sevincə çevirməkdən gözəl nə var ki… Heç nə. Uşaq gülürsə, bütün kainat gülür, bütün aləm işıq selinə qərq olur.
Ulduzlara qoşulub uşaqlar göylərə çıxmaq istəyir, gül ləçəklərinə qonmaq istəyir kəpənək kimi, buludlarda uçmaq, günəşin telini hörmək keçir könüllərindən. Hər uşaq kəşf olunmamış bir dünyadır. Bu dünyanı qoruyaq, qoruyaq ki, fidan balalar gələcəyimizə ürəkli, ruhu təmiz, savadlı, bilikli getsin. Uşaqlarımız bizə bir dünyanı bağışlayır. Biz böyüklər isə uşaqlarımıza bir günlük dünyanı bağışlayırıq.
Məlum olduğu kimi, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. “Bakı-Xəbər” qəzeti bütün uşaqları təbrik edir, onlara can sağlığı, firəvan həyat arzu edir. Qoy bütün uşaqlar, millətindən, dinindən, hansı ölkədə yaşamasından asılı olmayaraq, xoşbəxt olsun! Atalar, analar da var olsun. Çünki uşaqlar valideynlərindən güc alır.
“Bakı-Xəbər” ailəsi uşaqlara hər zaman sevgi, diqqət göstərir. Balaları bayram günlərində təbrik edir, onlara ən gözəl arzu və istəklərini ünvanlayır. Bu dəfə də onları unutmadıq.
Qəzetimizin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Aydın Quliyevin nəvələri Nurman, Dərya və Emili bayram günü münasibətilə təbrik edirik.

Nurman nur topasıdı,
Həm igiddi, həm qoçaq. Dünya boyda işıqdı,
Dərya günəşdi, aydı…Emil şirin baladır
Ürəklərə süzülür…Qəzetimizin baş redaktor müavini Tahir Tağıyevin qızı Şəhla bala “Bakı-Xəbər” ailəsinin hələlik sonbeşiyidir. Bir neçə aydır dünyaya gələn Şəhlaya ən gözəl günlər arzulayırıq.

Şəhla gözəllər şahı,
Qığıltısı bir aləm.

Qəzetimizin baş redaktorunun müavini Samirə Səfərovanın nəvələri Leyla və Kənanı da təbrik edirik.
Allah hər ikisini də xoşbəxt etsin!

Leyla nazlı qəmzəli,
Bir gözəldir siz bilin!Kənan, xoşbəxt ol bala,
Yolların açıq olsun!

Qəzetimizin əməkdaşı İradə Sarıyevanın gözünün ağı-qarası bircə balası Əsgəri də bayram münasibətilə təbrik edirik.

Arzum budur tez böyüyüb
Olasan Vətən əsgəri!
Qəzetimizin dizayneri Saleh Mehdiyevin qızı Ayan balanı da səmimi qəlbdən təbrik edirik.

Xoşbəxt ol, Ayan bala!

Ayan ay parçasıdır,
Atasının canıdır…

Əməkdaşımız Günel Cəlilovanın doğmaları Zeynəbin və Turanın da bayramıdır.

Xoşbəxt olasınız!Zeynəb şən bir kəpənək,
Hər çiçəkdən payı var.Vətənpərvərdir Turan,
Həm bayraqdır, həm Vətən!

Qəzetimizin əməkdaşı Məhəmmədəli Qəriblinin qızı Banuçiçək balanı da təbrik edirik.

Valideynlərinin gözünə işıq olasan, Banuçiçək!Banu güldür gülşəndə
Gözəllik heykəlidir!

Qəzetimizin əməkdaşı Vidadi Ordahallının şirin-şəkər qızları Nuray və Nihal, sizin də bayramınız mübarək!

Nuray nurdan yaranıb,
Hilal qaşlı gözəldir…Nihal Allahın payı,
Qismət olsun hər kəsə.

İradə Sarıyevanın doğmaları Nərmin, Şəlalə, Əli və Nərmin də bayram ovqatındadır. Əziz balalar, bayramınız mübarək!Bu qız balaca Nərmin,
Həm noğuldur, həm şəkər.Şəlalə, rəssam qızım,
Dan üzündə ulduzum!Əli igid pəhlivan,
Yurdumuzu qoruyar.Nərmin nərmənazikdir,
Bir nəğmədir, bir ürək!Gələcəyimiz sayılan əziz uşaqları bir daha təbrik edirik. Onlara gözəl həyat arzulayırıq.

Günel CƏLİLOVA
“Bakı-xəbər”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın