Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / 51 yaşlı əməkdar artist yenidən ana olmaq istəyir

51 yaşlı əməkdar artist yenidən ana olmaq istəyir

Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir.

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, 51 yaşlı aktrisa bu haqda verilişlərin birində deyib.

Aparıcı Zaur Baxşəliyev bildirib ki, Xanlarova bunun üçün onların verilişinə müraciət edib:

“Studiyamıza gəlişinin səbəbi həkimdən yardım istəməkdir. Deyir ana olmaq istəyirəm, uşaq dünyaya gətirmək istəyirəm”.

Mehriban isə niyə bu qərara gəldiyinin səbəbini açıqlayıb:

“Özümdə bu fikri topladım və həkimə dedim. Əgər lazım olsa, başqa bir ölkəyə də gedəcəm. Qadın tanıyıram ki, 56 yaşında ana olub. Bu mənim şəxsi işimdir. Ana olaram və ya olmaram, ərə gedərəm və ya getmərəm şəxsi işimdir”.

Sosial şəbəkədə yazılan “Əri yoxdur, necə olacaq? Yəqin süni mayalanma ilə olacaq” sualına isə aktrisa proqramda “Bəli” cavabını verib.

Qeyd edək ki, M.Xanlarova bacısı qızını övladlığa götürüb. Onun nəvələri də var.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …