Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / 50-dən cox narkobaronu ifşa edən polis agentini həbs etdilər – QALMAQAL

50-dən cox narkobaronu ifşa edən polis agentini həbs etdilər – QALMAQAL

Tanınmış vəkil Adəm Məmmədov növbəti səs-küylü açıqlama verib.  vəkil bildirib ki, o, bu günlərdə çox maraqlı bir cinayət işi üzrə müqavilə bağlayıb.

A.Məmmədovun sözlərinə görə, hüquqlarını müdafiə edəcəyi budəfəki şəxs həbs olunan vaxtadək ictimai asayişin qorunmasında polisə kömək edən Daxili İşlər Nazirliyinin yaratdığı İctimai Şura üzvüdür (polis agent, ayda 212 manat əməkhaqqı alırmış).

Həmin şəxs 50-dən cox narkobaronu ifşa edərək, həbs olunmasına polisə xüsusi kömək edib.

“Bu şəxs hərbi hissəni özbaşına tərk edərək, qaçan əsgərlərin narkotika satdığı bərədə əməliyyat quraraq, polis əməkdaşlarına onların həbs olunması üçün də kömək edib. Amma həmin cinayətkarları ifşa edən agentin özü bu cinayət işi Hərbi Prokurorluğa göndərildikdən 6 sonra həbs olunub. Bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edərək, bildirəcəyəm ki, hərbi prokuror Xanlar Vəliyev hansı səbəbdən 50 nəfərdən cox narkobaronu ifşa edən agenti həbs elətdirib? Həmin agent mənə bildirdi ki, özünü deşifrə edəcək. Keşirilən bütün əməliyyatları açıqlayacaq. İfşa olunan bütün şəxslərin adları və görülən əməliyyat tədbirləri barədə mənə maraqlı yazılı məlumat verib. İki əsgəri narkotik satdıqları üçün ifşa edib və sonda onun özünə narkotik satışı üzrə həmin əsgərlərlə birlikdə ittiham verilib”,-deyə Adəm Məmmədov vurğulayıb.

Qeyd edək ki, vəkil A.Məmmədov bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbərinin 170 min dollar alması barədə qalmaqallı cinayət işinin ictinaiyyətə açıqlamaqla səs-küy yarada bilib. Moderator.az

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın