Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / 5 manata gül, yoxsa 500 manata ətir? – Reportaj 

5 manata gül, yoxsa 500 manata ətir? – Reportaj 

Bu gün dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Azərbaycanda da 14 fevral tarixini təmtəraqla qeyd edənlər az deyil. Sevgililərin bayramı kimi tarixə düşən 14 fevralda cütlüklər aldıqları hədiyyələrlə sevgilərini ifadə etməyə çalışırlar. Bəylərə qol saatı, ətir, xanımlara isə daha çox gül hədiyyə edilir.

Əməkdaşlarımız paytaxtda hədiyyə və gül mağazalarına baş çəkib qiymətlərlə maraqlanıb.

Gül mağazasında qiymətlər zövqə görə fərqlidir. Satıcıların sözlərinə görə, Sevgililər Günü olsa da, qiymətlər dəyişməyib, əksinə ucuzlaşıb ki, alıcı çox olsun.

Satışda ən ucuz gül tülpandır ki, onun da bir ədədi 3 manata satılır.

Ən bahalı gül buketləri isə antropa buketləridir. Bunların qiyməti isə 60-100 manat arasında dəyişir.

Sevgililər günündə ən aktual hesab edilən qızılgülün bir ədədi isə 5-10 manatadır. Sevgililəri üçün qızılgüldən buket bağlatdımaq istəyən bəylər azı 30 manatından keçməli olurlar. Satıcıları sözlərinə görə, ötən il 200-300 manata da gül buketi sifariş verən bəylər olub.

Satıcılar bildiriblər ki, fevralın 14-də qızılgülə təlabat daha çox olur.

Hədiyyəlik oyuncaqlara, suvenirlərə gəlincə, bunların da qiymətləri fərqlidir. Yumuşaq oyuncaqların qiymətləri 20 manatdan başlayır, 150 manatadək dəyişir.

Baş çəkdiyimiz mağazalarda sunenirlərin qiymətinin qalxdığı bildirildi. Satıcıların sözlərinə görə, suvenirlər xaricdən gətirildiyi üçün qiymətlər bir qədər bahadır. Bildirilib ki, suvenirlərin qiyməti 20 manatdan başlayır 200 manatadək.

“Manat dəyərdən düşəndən sonra məhsulların qiymətini qaldırmağa məcbur olduq. Qiymətlər baha olduğundan alıcı qıtlığı yaşanır. Əvvəlki illərdə 14 fevralda mağazamızda müştəri əlindən tərpənməyə yer olmazdı, indi vəziyyət tamam başqadır”.

Sevgililər günü ilə əlaqədar müxtəlif endirim kampaniyalarına start verən parfümeriya mağazaları isə ətirlərin qramlarını azaltmaqla alıcılara bahalaşmanın olmadığını göstərməyə çalışırlar.

Kampaniya ilə müştəri cəlb etməyə çalışan brend mağazalarda ətirlərin qiyməti 50 manatdan başlayır. Məsələn, “Dior Sauvage” ətrinin 60 ml-sini 105 manata almaq olar. Satıcılar qeyd ediblər ki, satışda 400-500 manata da ətirlər var.
olduğu bildirildi. AzVision.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın