Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “5” alan şagirdlərin sayı artıb

“5” alan şagirdlərin sayı artıb

Son illər ərzində Azərbaycanın ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika əldə edilib.

Azinforum.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir.

2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib. “Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib.

XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvəffəq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən “əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın