Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / 47 yaşlı Kemeron Diaz ilk dəfə ana oldu

47 yaşlı Kemeron Diaz ilk dəfə ana oldu

Amerikalı aktrisa Kemeron Diaz ilk övladını dünyaya gətirib.

Bununla bağlı Hollivud ulduzu özünün “Instagram” səhifəsində paylaşım edib.

Diaz qeyd edib ki, qızının şəklini paylaşmayacaq, eləcə də övladı haqqında əlavə məlumat verməyəcək. 

“Bircə onu deyə bilərəm ki, o, çox gözəldir”, – deyə aktrisa yazıb.

Kemeron Diaz ilə “Good Charlotte” rok-qrupunun gitaraçısı Benci Medden qızlarına Reddiks adı veriblər. 

Xatırladaq ki, Diaz və Medden 2015-ci ilin yanvarında evləniblər. O zaman məşhur aktrisanın artıq 43 yaşı var idi. Daha öncə isə Kemeron ailə qurmamışdı. oxu.az

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …