Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / 46 saylı Şirvan DSK-dan ciddi şikayət var

46 saylı Şirvan DSK-dan ciddi şikayət var

Namizəddən geri çəkiləcəyi barədə ərizə alıb sonra qeydiyyatdan keçiriblər Bu günlərdə namizədliyi 46 saylı Şirvan şəhər seçki dairəsində qeydə alınmış namizəd Bağırlı Xanbəgim Əmir qızı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cənablarına dairədəki özbaşınalıq və bürokratiya haqqına yazdığı şikayət məktubunu redaksiyamıza ünvanlayıb. Ərizədə namizədlərə və seçicilərə imzatoplama kampanyası zamanı olunan təzyiqlər barədə məlumat verilir, namizədin özünə qarşı edilmiş qanunsuz – cinayət tərkibli hərəkətlərdən söhbət açılır. Qeydə alınmış namizəd yazır:

“Mən Bağırlı Xanbəgim Əmir qızı 46 saylı Şirvan şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Məlumat üçün qeyd edim ki, mən Şirvan şəhərində 22 mart 1965-si ildə anadan olmuşam. 1972-1982-ci illərdə Şirvan şəhər 9 saylı məktəbdə tam orta təhsil almışam. Bundan sonra universitet illəri başlayıb, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirmişəm. Hazırda baş redaktoru olduğum “Proqnoz” qəzeti maliyyə çətinliyi üzündən nəşr olunmadığına görə, müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Bu qısa həyat yolumu ona görə yazdım ki, yəni mən Şirvanlıyam, atam-anam da bu torpaqda uyuyur, qohum-əqrabam da bu şəhərdə yaşayır. Lakin elə ilk gündən 46 saylı dairə seçki komisiyasının üzvləri məni “çağrılmamış qonaq kimi qarşıladı. Mənə dedilər ki, nahaq yerə əziyyət çəkirsən, onsuz da deputat seçilməyəcəksən. Mən isə onlara bildirdim ki, həmişə bir olan Allaha, xalqıma və dövlətimə güvənirəm, ona görə də başqalarının bu cür məsləhətlərinə qulaq asmıram. Mən imza vərəqələrini götürəndə yenə komissiyanın yetkililəri təklif etdilər ki, əl çək bu işdən, bu seçki sənlik deyil. Hətta mənə imza vərəqələrini belə vermək istəmirdilər, uzun çək-çevirdən sonra imza vərəqələrini alıb, imzatoplama kampaniyasına başladım. Tam şəffaf qaydada 516 imza tolayıb dairə seçki komisiyasına təhvil verdim. Əsas məsələ də elə bundan sonra başladı. Dairədən mənə zəng eləyib dedilər ki, imza almısan, sənin imzalarının hamısı saxtadı, camaat sənə verdiyi imzalardan imtina edir və s. Mən belə başa düşdüm ki, onlar məni psixoloji cəhətdən qeydiyyatdan imtinaya hazırlayırlar, həm də yoxlayırdılar ki, görək harasa şikayət etmək istəyir ya yox. Mən isə onlara bildirdim ki, kimin imzasından şübhələnirsinizsə təsdiqləməyə hazıram. Çünki mənə imzanı yalnız şəxsən tanıdığım adamlar verib. Bütün imza verənlərinin, şəxsiyyət vəsiqələrinin surətini də toplaya bilərəm, imzalarını yenidən təsdiqlədə də bilərəm. Sonra başladılar qapı-qapı düşüb və ya telefonla camaata təzyiq etdilər ki, Xanbəgim Bağırlıya verdiyiniz imzadan imtina edin. Camaata deyiblər ki, bu xanıma imza verdiyinizə görə gəlib sizi “KQB”-yə aparacaqlar, bu xanım müxalifətçidir. Evlərə DSK-dan zəng edən xanımın adı Məlahətdir. Mən bununla bağlı dairəyə zəng edərək dedim ki, nəyə görə mənə təzyiq edirsiniz, mənə qərəzli yanaşırsınız? Yəqin məni güclü rəqib hesab edirsiniz? Telefonun o başından mənə cavab gəldi ki, Xanbəgim xanım, siz elə danışırsınız ki, guya sizi prezident göndərib, və ya güclü pul verib gəlmisən, sən kimsən ki, güclü rəqib olasan? Mən cavab verdim ki, yəni bu dairədə yalnız prezidentin göndərdiyi və pul verib gələn adamları qeydiyyatdan keçirirsiniz? Bu dəfə rəsmi intonasiya ilə cavab verdilər ki, sənin səhvlərin çoxdu, səni qeydiyyatdan keçirə bilmərik. Belə olan halda mən dedim ki, siz mənim haqqımda çıxaracağınız qərarı və səhv çıxan imzaları verərsiniz mənə, mən MSK-ya müraciət edərək sübut edəcəm ki, sizin çıxardığınız “səhvlər” real imzalardı, seçicinin iradəsidi. Lakin DSK buna da razılaşmadı. Təklif etdilər ki, biz sənə hörmət edərək namizədliyini qeydə alırıq, amma bir şərtlə – sən oktyabrın 18-də səhhətində yaranan problemlə bağlı seçki marafonunu dayandırmaqla bağlı bizə qabaqcadan ərizə yaz qoy. İlk əvvəl bu təklifi eşidəndə qulaqlarıma inanmadım ki, yəni seçki dairəsində bu qədər saxtakarlıqa yol verilə bilər? Amma Məlahət adlı xanım sonradan mənə öz xəti ilə yazdığı ərizə nümunəsini verəndə bu işə tam əmin oldum. Mən də ərizənin üzünü koçürtdürüb, o məzmunda, 18 oktyabr 2015-ci il tarixli ərizəyə 28 sentyabr 2015-ci ildə imza atdım. Əvəzində isə 46 saylı DSK mənim namizədliyimi qeydə aldı. İndi sizə müraciət edərək bildirirəm ki, mən, Bağırlı Xanbəgim Əmir qızı 46 saylı Şirvan şəhər seçki dairəsində 28 sentyabr 2015-ci il tarixdə imza atdığım, 18 oktyabr 2015-ci il tarixli ərizəmdən imtina edirəm, mənim səhhətimdə heç bir problem yoxdur və mənim seçki marafonunu dayandırmaq istəyində deyiləm. Sadəcə olaraq dairədə məni seçim qarşısında qoydular, ya ərizəni yaz, ya da namizədliyin qeydə alınmayacaq. Mən ikinci təklifi də qəbul edə bilərdim, yəni qeydiyyatımdan qeyri-qanuni imtina edildiyinə görə MSK-ya müraciət edib qeydiyyatımı bərpa etdirə bilərdim. Amma mən ikinci təklifi seçdim, qoy MSK-da da bilsinlər ki, 46 saylı Şirvan şəhər seçki dairəsində nələr baş verir.”

Məsələ ilə bağlı qarşı tərfində mövqeyin dərc etməyə hazırırq.

Azinforum.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın