Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / 41276 abituriyent ixtisas seçimi edib

41276 abituriyent ixtisas seçimi edib

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, iyulun 29-dan bugünədək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 41276 abituriyent elektron ixtisas seçimi edib.

İxtisas seçimi edən abituriyentlərin 37469 nəfəri Azərbaycan, 3807 nəfəri rus bölməsindəndir.

I qrup üzrə 14631 nəfər (Azərbaycan bölməsində 13218, rus bölməsi 1413 nəfər), II qrup üzrə 12670 nəfər (Azərbaycan bölməsi 11264, rus bölməsi üzrə 836 nəfər), III qrup üzerə 10994 (Azərbaycan bölməsi üzrə 10243 nəfər , rus bölməsi üzrə 751 nəfər), IV qrup üzrə 2981 nəfər (Azərbaycan bölməsi üzrə 2744, rus bölməsi üzrə 237 nəfər) ixtisas seçimi edib.

Avqustun 5-dən 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. Avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edib.

V qrup üzrə 1524 abituriyent ixtisas seçimi edib. Onlardan 1308 Azərbaycan bölməsi, 216 rus bölməsi üzrə sənədlərini təsdiq ediblər.

Qeyd edək ki, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi saat 23:59-da yekunlaşıb.

Avqustun 5-dən ali məktəblərə V ixtisas qrupu üzrə ixtisas seçimi həyata keçirilirdi. V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də avqustun 10-u saat 23:59-dək elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməli idilər.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməli idilər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın