Tovuzlu abituriyent 15 yaşında ali məktəbə daxil olub. Rayonun Dondar Quşçu kənd sakini Elcan İsayev orta məktəbi yaşıdlarından fərqli olaraq iki il tez bitirib və 279 balla Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub. Elcan İsayev deyir ki, hələ 4 yaşı olarkən oxuma və yazmanı yaxşı bildiyi üçün müsabiqə yolu ilə orta məktəbə qəbul olunub.

Elcan İsayev 10-cu sinifdə əlavə hazırlığa getsə də buraxılış ilində ailənin buna maddi imkanı çatmayıb və evdə hazırlaşmalı olub. Nəticəsinin zəif olmasına da bu amilin təsir etdiyini bildirir. Ən yaxşı oxuduğu fənn isə kimya olub.

Qəbul imtahanlarından göstərdiyi nəticədən razı olmasa da, universitet həyatında böyük nailiyyətlər qazanmaq niyyətindədir.