Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / 4-cü mərtəbədən yıxılan uşağı xilas edən həkim mükafatlandırıldı

4-cü mərtəbədən yıxılan uşağı xilas edən həkim mükafatlandırıldı

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində çoxmərtəbəli binadan yıxılan uşağı xilas edən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova mükafatlandırılıb.

Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, həkim hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb. O, qısa bir müddətdə uşağın düşə biləcəyi müəyyənləşdirib. Əli sürüşərək sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda düşüb. Bu an həkim irəli atılaraq uşağı tuta bilib. Nəticədə 4 yaşlı Cavid sağ qalıb. O, ailənin yeganə övladıdır.

Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın