Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / 30-iyun- Milli Sevgililər Günü

30-iyun- Milli Sevgililər Günü

Əvəz Zeynallı: “30 iyunhəm də böyük bir fəlsəfi məna daşıyır”

Artıq 12 ildir ki, 30 iyun Azərbaycanda Sevgililər günü kimi qeyd edilir. Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. 
30 iyunun Sevgililər Günü kimi qeyd olunması təşəbbüsü  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsusdur. O, bu təklifini 2003-cü ildə irəli sürüb. 2003-cü ildən bu yana son 3 ili çıxmaq şərti ilə Azərbaycanda 30 iyun tarixində Ə.Zeynallı müxtəlif tədbirlər həyata keçirir və bu günün təbliğatını aparır. Bu il də 30 iyunla bağlı tədbirlər hazırlanıb.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 30 iyunla bağlı möhtəşəm tədbir keçirdiklərini bildirdi: “Biz 2003-cü ildən bu yana hər il 30 iyunu Sevgililər günü kimi keçiririk. Bununla bağlı böyük tədbirlər olur. Son üç ildə obyektiv səbəblərdən bizim tədbirlərimizdə kəsintilər oldu. 3 illik fasilədən sonra biz həmin tədbirlərə yenidən start verdik. Düzdür, bir az hazırlıqsız olduq, istədiyimiz işləri tam görə bilmədik. Amma yenə də bu il Sevgililər gününü keçirməyə qərar verdik. Tədbirimiz iyunun 29-da ”Xudafərin” şadlıq sarayının “Təbriz” zalında oldu. Tədbirimizdə bir sıra populyar müğənnilər də iştirak edib. Ayın 30-da da axşam saat 7-də sevgililərin gəzintisi olacaq. Gəzintimiz Şəhidlər Xiyabanının qarşısındakı meydançada başlayacaq”.
Ə.Zeynallı Azərbaycanda 14 fevralın da bəzi şəxslər tərəfindən hələ də sevgililər günü kimi keçirilməsi məsələsinə toxunaraq bu günün kökünün, fəlsəfəsinin, daşıdığı məna yükünün bizim kökümüzə heç bir bağlılığı olmadığını dedi: «14 fevralın nə kökü, nə fəlsəfəsi, nə də ki daşıdığı anlam yükü bizə aid deyil. Şəxsən hər zaman işlədiyim, fəaliyyət göstərdiyim dairələrdə həmişə istəmişəm ki, bizim kökümüz özümüzə bağlı olsun. Çünki kökümüz özümüzə bağlı olmayanda biz köklü ola bilmirik. Ona görə də 30 iyun məsələsinə təkcə Sevgililər günü, gənclərin bayramı kimi yanaşılmasının tərəfdarı deyiləm.
30 iyun həm də böyük bir fəlsəfi məna daşıyır. Böyük milli mübarizədən yoğurulmuş gündür. 30 iyun haradan çıxıb? – 20 Yanvardan. 20 Yanvar bizim böyük müstəqillik hərəkatımızın önündəki ən böyük dastanlarımızdan biridir. Yəni 14 fevralın Sevgililər günü kimi qəbul olunmasının qarşısını almaq üçün 10-15 ildir ki, mübarizə aparırıq və həmişə də aparacağıq. 14 fevral ölkəmizdə artıq demək olar ki, qeyd edilmir. Mən çox şad olardım ki, başda sizin qəzet olmaqla Azərbaycan mətbuatı 30 iyuna sahib çıxsınlar. Bu günü təbliğ edək və millətimizə, gənclərimizə verək. Özünü “14 fevral”a aid hesab edənlər onu keçirsin. Mən etiraz etmirəm.
Heç xristianlar bunu keçirmirlər. Katolik kilsəsinin özündə bu haqda ziddiyyətlər var. Sadəcə olaraq, onlar dünyada böyük bir mədəniyyət axını kimi bu günə bir məna verdilər ki, dünyanı mədəniyyət tərəfindən də istila etmək lazımdır. Əslində Sevgililər günü altında gənclərin bir-birini təbrik etməsinin pərdəarxasında həm də mədəniyyətlər savaşı anlayışı var. Biz ona görə 30 iyunu həmişə bu müstəvidə qiymətləndiririk ki, 30 iyun təkcə Azərbaycan üçün deyil. Malayziyada, İndoneziyada, İranda, Türkiyənin müəyyən yerlərində, böyük müsəlman dövlətlərində 14 fevralda mollalar camilərə qaçır, mülahizələr oxuyur.
Səudiyyə Ərəbistanında gül satmaq qadağan edilib. Çünki müsəlman dünyasının əlində 14 fevralın qarşısını almağa başqa heç bir vasitə yoxdur. Amma biz baxın, necə rahat ömürlərini yazmış gənclərin həyatı ilə bunun qarşısını aldıq. İlhamla Fərizə sadə bir ömür yaşadılar. İlham millətin uğrunda öz həyatını qurban verdi. Fərizə də  İlhamsız yaşamadığını bəyan etdi. Hesab edirəm ki, 14 fevral təkcə Azərbaycanda deyil, müsəlman ölkələrinin də ictimai həyatından 30 iyun vasitəsilə gedəcək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın