Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Şou Biznes / “28 May”da aksiya olmayacaq: icarə haqları endirildi

“28 May”da aksiya olmayacaq: icarə haqları endirildi

Yanvarın 11-də “28 May” metrostansiyasının yeraltı keçidlərində ticarətlə məşğul olan 50 nəfərə yaxın sahibkar icarə haqlarının yüksək olması ilə bağlı etiraz etmişdilər.

Satıcılar alıclığın zəif olması ilə əlaqədar gəlirlərinin azalmasını nəzərə alaraq, icarə haqqlarının endirilməsini tələb etmişdilər. Əks halda toplaşaraq, etiraz aksiyası keçirəcəklərini bildirmişdilər.

Mağazalara rəhbərlik edən şəxslər isə satıcıları qəbul edərək, məsələyə baxılacağını bildirmişdilər.

Bu gün satıcılar musavat.com-un əməkdaşına icarə haqqlarının endirilməsi barədə məlumat veriblər.

Adının çəkilməsini istəməyən satıcı mağazalarda icarə haqlarının endirilməsinə başlanıldığını bildirib: “Bir neçə gündür ki, icarə haqqlarında güzəştlər olunur. Əksər mağazalarda icarə haqları endirilib. Aylıq icarə haqqları 2500-5000 manata olan mağazalarda 1000-2000 manata qədər endirimlər ediblər. Məlumata görə, endirimlər hissə-hissə aparılır. İnanırıq ki, güzəştlər bütün mağazalara şamil olunacaq və əvvəlki kimi işimizi davam etdirə biləcəyik”.

 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …

Bir cavab yazın