Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / 277 reys təxirə salındı – AZAL

277 reys təxirə salındı – AZAL

“Türk Hava Yolları” “Atatürk” və “Sabiha Gökçen” hava limanlarından uçuşu nəzərdə tutulan 277 aviareysi təxirə salıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təyyarə reyslərinin təxirə salınması əlverişsiz hava şəraiti ilə əlaqədardır.

İstanbul Atatürk Hava Limanından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və əks istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan 1 uçuş təxirə salınıb.

Uçuşların nə zaman bərpa olunacağı haqda məlumat verilməyib.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski sayta bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-də uçuşu planlaşdırılan heç bir reys təxirə salınmayıb və uçuşlar qrafik üzrə həyata keçirilib. Onun sözlərinə görə, uçuşlarda heç bir problem yoxdur.1

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın