Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / 250 manat yardım alan İzzət Bağırov təhqirlərə məruz qaldı — VİDEO

250 manat yardım alan İzzət Bağırov təhqirlərə məruz qaldı — VİDEO

“Sosial media hesabımda bir sənət yoldaşımla şəkil paylaşıram. Açıb görürəm ki, izləyicilər onu təhqir edirlər. Əgər bu müğənnidən xoşun gəlmirsə, onun öz səhifəsində söy. Mənim səhifəmdə bu söyüşləri niyə yazırsan axı?!”


Bu sözləri müğənni İzzət Bağırov “Xəzər” televiziyasında yayımlanan “X Maqazin” proqramında deyib.

Sənətçi Vergilər Nazirliyinin ona verdiyi 250 manat yardım paketini aldığı üçün sosial şəbəkə izləyiciləri tərəfindən “qarğış yiyəsi” olduğunu açıqlayıb:

“2005-ci ildən dövlətə vergi ödəyirəm. Vergilər Nazirliyi bütün vergi ödəyicilərinə kompensasiya ayırmışdı. O yardım paketindən mən də yararlandım. Yazdılar ki, Vergilər Nazirliyi İzzətə 250 manat yardım verdi. Bu xəbərə bir saat içində 2000-dən çox şərh gəldi. İzləyicilər mənim 250 manat yardım almağıma görə tənqid etdilər. O şərhləri oxuyandan sonra şoka düşdüm”.

Sosial şəbəkə istifadəçilərinin yazdığı “İzzətin zamanı və dövranı gedib” rəylərinə müğənninin reaksiyası sərt olub:

“Bu cür cılız söhbətlərə reaksiya vermirəm. Onun-bunun fitvasına gedən insan deyiləm. Mənə pis şərhlər yazanlara cavab vermirəm, dərhal qara siyahıya atıram”. oxu.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …