Ana səhifə / Şou Biznes / 21 yaşlı Mehribanı həbsə aparan yol: Boşandıqdan sonra atası da qəbul etmədi

21 yaşlı Mehribanı həbsə aparan yol: Boşandıqdan sonra atası da qəbul etmədi

1995-ci il təvəllüdü Mehriban Hüseynova narkotik vasitədən istifadədə və onun satışında təqsirləndirilərək həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ilk olaraq dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.
Prokuror bildirib ki, 21 yaşlı Mehriban Hüseynova Gəncədən marixuana gətirərək Bakıda satmaq istəyib. Bu zaman isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Təqsirləndirilən şəxs ilkin ifadəsində əməlini qismən də olsa etiraf edib. O, digər şəxslərin də istintaqa cəlb edilməsini istəyib.
Məlum olub ki, M.Hüseynova bir qrup şəxslə əlbir olaraq Gəncədə narkotik maddə əkib. Həmin narkotik vasitələri satmaq məqsədi ilə Bakıya gətirərkən həbs edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin anasının rəhmətə getməsinin, bir dəfə ailə həyatı qurub boşanmasının nəzərə alınmasını istəyib.
Vəkil deyib ki, M.Hüseynova ailə həyatı qursa da uğursuz olub. O, ata evinə qayıdıb və atası onu qəbul etməyib. Bundan sonra M.Hüseynova kafedə işləməyə başlayıb.
M.Hüseynova son sözündə özünü qismən təqsirli bildiyini və peşman olduğunu deyib.
Məhkəmə müşavirədən sonra qərar elan edib. Məhkəmənin hökmü ilə M.Hüseynova 6 il müddətinə azadlıqdan məhrum edilib.(Musavat.com)

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın