Axşam.az xəbər verir ki, jurnal ötən ilin ən yaxşı bəstəsi kimi britaniyalı Harri Staylsın “Sign of the Times” mahnısını seçib.

Siyahıda ikinci yeri yeni zelandiyalı müğənni Lordun “Homemade Dynamite” mahnısı tutub. Üçdə isə repçi Kenrik Lamarın “Humble” bəstəsi qərarlaşıb. Beşliyə həmçinin Kadri Binin “Bodak Yellow” bəstəsi və “U2” qrupunun “Lights of Home” mahnısı düşüb.

Eyni zamanda Top-10-luğa bunlar daxil olub: ispandilli Luis Fonsi və Deddi Yankinin “Despacito”su, “Bad and Boujee” (“Migos” qrupu və Lil Uzi Vert), “Feel It Still” (“Portugal. The Man” rok qrupu), “Lust for Life” (Lana Del Rey və “The Weeknd”).