Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / 2017-ci ilin ən gözəl maşını bəlli oldu – VİDEO

2017-ci ilin ən gözəl maşını bəlli oldu – VİDEO

“World Car of the Year” müsabiqəsinin nəticələrinə görə, bu ilin ən yaxşı maşını “Jaguar F-Pace” seçilib.

Publika.az-ın xəbərinə görə, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilir. II yerə “Volkswagen Tiguan”, III yerə isə “Audi Q5” layiq görülüb. Onluğa həmçinin, “Audi A5 / S5 Coupé”, “Audi Q2”, “Fiat/Abarth 124 Spyder”, “Honda Civic”, “Mazda CX-9” və “Skoda Kodiaq” daxil olub.

Xatırladaq ki, ötən il I yeri “Mazda MX-5” tutmuşdu. Bu maşın həm də “World Car Design”-nın seçiminə görə, ən yaxşı dizayn edilmiş avtomobil müəyyən olunmuşdu.

“World Car of the Year” müsabiqəsi 2004-cü ildən etibarən hər il keçirilir. Qalibləri dünyanın müxtəlif ölkələrindən 73 avtomobil mütəxəssisindən ibarət münsif heyəti seçir.

 

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın