İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tanınmış aktyor Aqil M.Quliyev (Quliyev Aqil Mansur oğlu) barəsində məhkəmə iddiası qaldırıb.
İddiaya 23.01.2023-cü il tarixində saat 09:45-də Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədirliyilə baxılacaq.
Məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır.
Məlumat üçün bildirək ki, fərdi sahibkar kimi fəaliyyət göstərən Quliyev Aqil Mansur oğlunun (VÖEN – 2001813922) dövlət büdcəsinə 2 min 246 manat 82 qəpik vergi borcu var.
