Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / 15 günə 1000-ə yaxın sürücü cərimələnib – DYP

15 günə 1000-ə yaxın sürücü cərimələnib – DYP

“Mayın 5-dən bu günə qədər paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib”.

Bunu jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, ərazidə tıxac və sıxlıqlar yaranmasın deyə bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur:

“Digər hallarda icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir. Paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar qaydalara riayət edirlər”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın