Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Şou Biznes / 140 min müəllimin 40 faizə qədəri minimum suala cavab verə bilməyib

140 min müəllimin 40 faizə qədəri minimum suala cavab verə bilməyib

“Direktor olmaq üçün pedaqoji ali təhsilə malik olmaq tələb olunsa da bizim orta məktəb direktorlarının əksəriyyətinin sənədləri dinşünaslıq, iqtisadiyyat, texniki  sahədir”
140 min müəllimin 40 faizə qədəri minimum suala cavab verə bilməyib
“Azərbaycanda təhsil sahəsində çalışan işçilərin attestasiyası sonuncu dəfə 1994-cü ildə həyata keçirilib”.

Bunu Sherg.az-a məktəb direktorları, direktor müavinləri, Rayon Təhsil Şöbələrinin (RTŞ) metodistlərinin diaqnostik qiymətləndirilmədə iştirak etməsi ilə bağlı qərara münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

O xatırladıb ki, 20 ildən çoxdur, orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanması həyata keçirilmir:

“2014-cü ildə Bakı şəhərində, 2017-ci ilin fevral ayına qədər bütün ölkə ərazisində Azərbaycanda fəaliyyət göstərən 4447 orta ümumtəhsil məktəblərində çalışan 140 minə yaxın müəllim bilik və bacarıqların yoxlanılmasında iştirak etdi. Məlum oldu ki, müəllimlərin əksəriyyəti öyrətdikləri ixtisasda minimum biliklərə malikdir. 140 min müəllimin 40 faizə qədəri minimum suala cavab verə bilməmişdi. Bu olduqca acınacaqlı vəziyyətdir ki, tək müəllimlərin bilik-bacarıqlarının aşağı olması deyil, 10 minə yaxın müəllimin də diplomlarının saxta olması üzə çıxdı. Onların dərs saatları ilə bağlı müəyyən fəaliyyət həyata keçirilməyə başladı. Təəssüf ki, bu tək müəllimlərdə belə deyil”.

2016-cı ildən etibarən aidiyyəti qurumlara layihələr təklif etdiyini diqqətə çatdıran K.Əsədovun sözlərinə görə, müəllim yoxlanılır, lakin müəllimə rəhbərlik edənlərdən xəbər yoxdur:

“Söhbət direktorlardan, onların müavinlərindən gedir. İlk olaraq bu problem vacib idi. Çünki direktor vəzifəsində çalışan şəxslərin sənədləri, diplomları onların bu sahədə fəaliyyətinə icazə vermir. Direktor olmaq üçün pedaqoji ali təhsil malik olmaq tələb olunsa da bizim orta məktəblərdə çalışan direktorların əksəriyyətinin sənədləri ya dinşünaslıqdır, iqtisadiyyatdır, texniki sahədir və s. Onların təhsil diplomları direktor kimi fəaliyyət göstərməsinə icazə vermir. Diaqnostik qiymətləndirmə həm də pedaqoji təhsili olmayanların bu sistemdən uzaqlaşdırılmasına gətirib çıxaracaq. Çünki artıq ölkə başçısı tərəfindən təhsilin inkişafı üzrə dövlət strategiyası təsis olunub. Burada təhsil menecerləri institutunun yaradılması, təhsil idarəçilərinin menecer institutları vasitəsilə yetişdirilməsi nəzərdə tutulur. Təəssüf ki, son illərdə direktorluğa qəbul mərkəzləşmiş qaydada həyata keçirilsə də cəmi 500-ə yaxın müəllim müsabiqə nəticəsində təyin olunub. Yerdə qalan 4 minə yaxın müəllim əvvəlki illərdə əvvəlki nazirliyin standartları ilə qəbul olunub.

Nəzərdə tutulan imtahanlar onların tək bilik və bacarıqlarını deyil, sənədlərinin normal olmadığını ortaya çıxaracaq. Ona görə bu təhsilimiz və təhsilimizin inkişafı üçün mühüm addımdır. Avqust ayında bu imtahanlar həyata keçiriləcək”.

Qeyd edək ki, məktəb direktorları, direktor müavinləri, Rayon Təhsil Şöbələrinin (RTŞ) metodistləri 6 saatdan daha artıq dərs demək istəyirlərsə, diaqnostik qiymətləndirilmədə iştirak edə bilər və onlara topladıqları bala uyğun olaraq tədris saatları verilə bilər.

Azinforum.az

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın