Bazar , Avqust 18 2019
Ana səhifə / Şou Biznes / 12 yaşlı qız bacısının nişanlısından hamilə qaldı

12 yaşlı qız bacısının nişanlısından hamilə qaldı

Rusiyanın NTV telekanalının efirində Çelyabinsk şəhər sakini olan 12 yaşlı qızcığazın yaxın günlərdə ana olacağı ilə bağlı veriliş yayımlanıb. Məlum olub ki, azyaşlı hamiləliyin 32-ci həftəsindədir. Yeniyetmənin sözlərinə görə, dünyaya gələcək bu körpənin atası öz dogma bacısının 28 yaşlı nişanlısıdır.

Liza adlı bu qızcığaz deyib ki, uşaq doğulduqdan sonra ondan imtina edəcək: “Düşünürəm ki, belə yaxşıdır. Çünki biz uşaqla bacara bilmərik. Onu doğum evində qoymaq daha münasibdir. Sonra nə olacağını bilmirəm”.

Baş vermis olayda 12 yaşlı qızcığazı ittiham etmək ədalətsiz qərar olardı. Ailədəki vəziyyətə diqqət yetirin: mənzilin bir otağında əyyaş ata, digər otaqda ana 28 yaşlı sevgilisi ilə, üçüncü otaqdasa 18 yaşlı bacısı öz adaxlısıyla yaşayır. Zavallı Liza isə bacısıgilin otağında – divarın küncünə qoyulan kresloda gecələmək məcburiyyətində qalır… Virtualaz.org xəbər verir ki, Lizaya təcavüz etməkdə təqsirləndirilən şəxs artıq həbs olunub. Bir müddət sonra məhkəmə qarşısına çıxarılacaq.

Lakin Lizanın bacısı Polina nişanlısına qarşı irəli sürülən ittihamlarla razılaşmır. O, sevgilisinin sonsuz olduğunu bildirib.

Liza isə bacısının adaxlısının bir neçə dəfə ona intim əlaqədə olmağı təklif etdiyini, əvvəlcə razılaşmadığını, amma sonradan onunla yaxınlıq etdiyini deyib. İlk aylar hamilə olduğunu bilməyib. Bacısının nişanlısı Lizanın qarnının getdikcə böyüdüyünü görüncə onun hamilə qalmasından şübhələnib. O, aptekdən aldığı testi Lizaya verərək yoxlamağı tapşırıb.

Virtualaz.org

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın