Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Şou Biznes / 111 saylı tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib
????????????????????????????????????

111 saylı tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram tədbiri keçirilib

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayonunda yerləşən orta məktəblərdə  1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə bir sıra tədbirlər keçirilmişdir.
31 may 2017-ci il tarixdə  111 saylı tam orta məktəbdə şagirdlərin  iştirakı ilə bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  uşaqları “ 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir, ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fond tərəfindən Azərbaycanda istedadlı uşaqların üzə çıxarılması, yetişdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib və bu iş bu gün də uğurla davam etdirilir. Heydər Əliyev Fondunun fəaliyyəti  Azərbaycanın  gələcəyi olan uşaqlara yüksək qayğı  nümunəsi  olmaqla  yanaşı,  cəmiyyətin  ümumi  potensialının  bu  gün  də səfərbər olunmasına yönəlmişdir.
Bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa etmiş, kompozisiyalar təqdim etmişlər. Bayram konserti qonaqların alqışları ilə qarşılanmışdır.

Həmçinin oxuyun

“Elza, birincisi, get, ədəbiyyatla məşğul ol”

Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal …

Bir cavab yazın