Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / 1045 pasient təcili yardıma müraciət edib

1045 pasient təcili yardıma müraciət edib

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 113 dispetçer mərkəzinə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 609 çağırış daxil olub.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu çağırışlar 1045 pasienti əhatə edib, onlardan 782 nəfəri hospitalizasiya edilib. Çağırışlardan 509-u yol-nəqliyyat hadisələri, 84-ü terapevtik hallar, 7-si müxtəlif travmalar ilə əlaqədar olub.

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Konsultativ Bölməsi üzrə 2017-ci ilin yanvar – iyul ayları ərzində ümumilikdə 871 çağırış həyata keçirilib. Qeyd edilən müddət ərzində telesəhiyyə vasitəsilə 21 ixtisas üzrə məsləhətçi həkim tərəfindən 161 pasientə 216 məsləhət verib. Təhlil olunan müddət ərzində telesəhiyyə vəsitəsilə məsləhət verilmiş 161 pasientdən 59-nun Bakı şəhərinin xəstəxanalarına köçürülməsinə qərar verilib.

2017-ci ildə 1 yanvar – 31 iyul müddəti ərzində 595 pasientə konsultativ xidmət göstərilib. 2017-ci il ərzində 595 pasientdən konsultativ bölmənin mütəxəssislərin məsləhəti və müşahidəsi ilə 266 pasient daha yüksək səviyyəli tibb müəssisəsinə köçürülüb. Köçürülmüş pasientlərdən 235-i Bakı şəhərinin tibb müəssisələrinə yerləşdirilib. Hesabat dövrü ərzində SN TTTYS mütəxəssislərin iştirakı ilə yerlərdə 18 cərrahi əməliyyat aparılıb. Əməliyyatların əksəriyyəti hamiləlik patologiyası, travmalar, kəskin daxili qanaxmalar və s. olub.

Təhlil olunan müddət ərzində Səhiyyə Nazirliyinin göstərişi ilə konsultativ bölmənin nəqliyyat vasitələri ilə perinatal xidmət, hematologiya, cərrahiyyə və digər sahələr üzrə xüsusiləşdirilmiş briqadalar 98 dəfə ezam edilib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın