Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / 10 yaşlı qızın atası danışdı: “Mən qızımdan rəsmi şəkildə imtina etməmişəm”

10 yaşlı qızın atası danışdı: “Mən qızımdan rəsmi şəkildə imtina etməmişəm”

2 gündür ki, sosial medianın diqqət mərkəzində olan 10 yaşlı Nurayın atası Əvəz Bayramov ittihamlara münasibət bildirib.

BakiPost.az-a açıqlama verən Ə. Bayramov həyat yoldaşını qovmasıyla bağlı deyilənlərə cavab verib. Bildirib ki, sabiq həyat yoldaşı özü evdən çıxıb gedib: “Mən Nurayın anasını qovmamışam. Aramızda elə bir söz-söhbət də olmayıb. Hətta onun evdən getməsindən əvvəl deyə-deyə, gülə-gülə məzuniyyətə də getmişdik. 2007-ci ilin avqustun sonlarında o özü çıxıb gedib. Biz onun niyyətini heç bilməmişik də. O bizimlə qonşu kənddə qalırdı. Zəng elədik ki, gəlirik səni evə gətirməyə. O dedi ki, mən boşanıram, gəlmirəm, səninlə yaşamaq istəmirəm. Onu da əsas gətirirdi ki, sən gecə növbəsində işləyirsən. Orada qalmırsan, hara gedirsən bilmirəm və s. Onda da mən 2 xəstəxanada gecə növbələrində işləyirdim. Mən ayrılmaq istəmirdim. Hətta 4 ay müddətində ərizə də yazmadım. Uşaq var idi, deyirdim qız uşağıdır, gəl ayrılmayaq. O razı olmadı.

 

Özü gəldi Binəqədi rayon məhkəməsində ərizə yazdı. Təxminən 4 ay sonra yazdı, biz də 2008-ci ilin fevral-mart aylarında boşanmışıq. İşlədiyim doğum evinə aliment köçürülməsiylə bağlı ərizə gəldi. Mən də xəbər etdim ki, Quba rayon poçt şöbəsində hesab açdırsınlar. Nurayın nənəsigil qışqırdılar ki, bizə aliment lazım deyil. Başınıza dəysin. Mən özüm getdim Quba poçtunda hesab nömrəsi açdırdım. Hər ay məhkəmə qərarına əsasən maaşımın dörddə bir hissəsini o hesab nömrəsinə köçürdüm. Hamısının sənədləri də var. Onlar gedib alimenti almayıblar. Poçt şöbəsindən çağırıblar, yenə də gedib götürməyiblər”.

 

Nurayın atası bildirir ki, 2010-cu ildə keçmiş həyat yoldaşım xərçəng xəstəliyindən vəfat etdikdən sonra uşağı almaq üçün məhkəməyə müraciət edib: “Mən o vəfat edən kimi ərizə yazıb, uşağımı geri almaq istədim, amma dedilər ki, yaxşı deyil, qoy vəfatının ili tamam olsun, sonra gedib ərizə yazarsan. Mən də 1 ilin tamamında ərizə yazdım. Uşaq onda çox balaca idi.

 

 

Məhkəməyə 2011-ci ildə verdim. Məhkəmə gedə-gedə məlum oldu ki, Nurayın anasının 40-ı çıxar-çıxmaz xalası qəyyumluq üçün aidiyyəti qurumlara müraciət edib, Mehriban xanımı Nurayın qəyyumu təyin ediblər. Məhkəmə də mənim xəbərim olmadan belə bir addım atıldığı üçün qəyyumluq məsələsini ləğv elədi. Quba rayon məhkəməsi, Sumqayıt apellyasiya məhkəməsi, Ali məhkəmə uşağın mənə verilməsi haqqında qərar çıxardı. Onda da uşağın 5-6 yaşı var idi. İş icra olunmadı və onlar mənim atalıq hüququmdan məhrum edilməyimlə bağlı məhkəməyə müraciət etdilər. Bununla bağlı məhkəmə bitənə qədər də uşağın xalasında qalmasına icazə verildi. İcra dayandırıldı. Məhkəmə cürbəcür iddialarla uzadıldı.

2013-cü ilin iyun ayından başlayan məhkəmə gəldi 2016-ci ilin martına kimi uzandı. Ali məhkəmə mənim atalıq hüququmdan məhrum edilməyimlə bağlı iddianı rədd elədi. Qızın mənə verilməsiylə bağlı iş icraata getdi.

2 dəfə uşağın alınıb verilmə prosesi olub. Bir dəfə də evlərinə getdik, yox idilər. Uşaqla xalası yoxa çıxmışdı. Axtarışa verildilər. 4 ay müddətində onları tapmaq mümkün olmadı”.

 

 

Əvəz Bayramov məlum video çəkildiyi gün döyüldüyünü iddia edir: “Video çəkilən prosesdə Xaçmaz rayon icra şöbəsinin əməkdaşları, Quba rayon icra şöbəsinin əməkdaşları, bir də Quba rayon polis şöbəsinin əməkdaşları iştirak edib. Uşaq məni neçə ildir görmür. Ona görə də aydın məsələdir ki, reaksiya verir.

Oradan çıxanda mənə təxminən 15-20 nəfər hücum edib, məmurların gözü qarşısında vurdular. Mən huşumu itirib yerə yıxıldım. O video axıra kimi verilməyib. Yoxsa mənə olan hücumu, yerə yıxılmağımı, hamısını görərsiniz. Uşağı mənim əlimdən alıb apardılar.

Nurayın xalasıgil bu məsələni ona görə qaldırıb ki, mən onlar haqda şikayət vermişəm. Döyülməyimlə bağlı Respublika prokurorluğuna müraciət eləmişəm. Buna görə də onlar əks-hücuma keçiblər”.

 

Ə. Bayramov 10 ildir ki, uşağına sahib çıxmamasıyla bağlı deyilənlərdən də danışıb: “Anası öləndən sonra mənə qarşı kin-küdurətləri var idi, usage göstərmirdilər, bunlar aydın məsələdir. Ondan sonra da məhkəmələr başlayıb. Mən Nuray dərsə gedəndə, gedib uzaqdan görmüşəm. Dayanıb baxırdım ona. Məktəbin direktoru ilə danışıb onun dərsləriylə maraqlanmışam. Quba rayon təhsil şöbəsinə ərizə yazmışam ki, mənə övladımın dərlərinə hazırlığı, davamiyyəti ilə bağlı məlumatlar verin. O uşağa sabah nəisə olsa hamı məni qınayacaq ki, sən ata olaraq niyə övladına sahib çıxmamısan. Mən nə edim ki, 2011-ci ilin snetyabrından məhkəmələrdə sürünürəm. Mən bu millətə başa sala bilmirəm ki, o uşaq mənimdir”.

 

“Bəs övladınıza qarşı zor tətbiq edilməsinə, onun psixloji cəhətdən sarsılmasına necə dözdünüz” sualına Nurayın atası belə cavab verib: “Bu qədər internat evinə uşaqlar verilir, onda onların hamısının ürəyi partlamalıdır? Psixoloji cəhətdən sarsıntı keçirib, ruhi xəstəxanaya düşməlidir? Elə şey ola bilməz. Sadəcə o uşağın qulağını doldurublar. Heç mənim haqqımda danışmayıblar da. Deməyiblər ki, atan filankəsdir, həkim işləyir. Ona görə də uşaq mənə gəlmək, görmək istəmir”.

Əvəz Bayramov iş yoldaşı Qəhrəman Kəngərlinin “Əvəz həkim qızının zorla alınıb ona verilməsindən imtina edir” sözlərinə də reaksiya verib: “Mən qızımdan rəsmi şəkildə imtina etməmişəm. Mən o vaxt imtina edəcəm ki, məni vuran insanlar – əsas 3 nəfər vurub – onlara cinayət işi qaldırılacaq. Onların məni vurması haqqında hüquqi müstəvidə işlər görüləcək. Ondan sonra mən öz fikrimi deyəcəyəm”.

 

Əvəz Bayramov evli olduğunu və başqa bir qız övladının olduğunu da dilə gətiirb: “Uşağım mənə verilməsə çıxıb gedəcəyəm Dağıstana, orada yaşayacağam”.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın