Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / 10 yaşlı Nurayın xalası ilə atası barışdı

10 yaşlı Nurayın xalası ilə atası barışdı

Ədliyyə Nazirliyinin İcra baş idarəsinin Quba icra şöbəsində baş verən hadisə ilə bağlı mübahisə edən tərəflər arasında barışıq əldə olunub.

Belə ki, 10 yaşlı Nurayın xalası Mehriban Eldarovanın sözlərinə görə, bu gün həyat yoldaşı Eldar Nurayın bioloji atası Əvəz Bayramovla görüşmək üçün Bakıya gedib.

Tərəflər arasında Nurayın xalasında qalması şərti ilə barışıq əldə edilib. M.Eldarova atasının da istəyi vaxt uşağını görmək imkanı yaradılacağını bildirib. O, bu barışığın Nurayın gələcəyi üçün düzgün qərar olduğunu deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb. (APA)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın