Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / 10 ildir ad günü keçirməyən Bəhram Bağırzadə: “Dua edirəm ki…”

10 ildir ad günü keçirməyən Bəhram Bağırzadə: “Dua edirəm ki…”

Bu gün əməkdar artist, tanınmış aktyor Bəhram Bağırzadənin doğum günüdür.

Aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb:
“On ildir ki, doğum günümü qeyd etmirəm. Çünki sentyabrın 17-i atamın dünyadan köçdüyü gündür. Vaxt olar, nə vaxtsa, yubileylərimin birini qeyd edərəm, atamın da ruhu şad olar. Bu gün 4-5 ailə üzvlərimlə yığışıb oturacağıq, vəssalam. Mənim üçün rəqəmlərin əhəmiyyəti yoxdur. Yaş üstünə yaş gəlirsə, deməli yaşayıram. Allah hər adama yaşlanmaq qismət eləmir. Baba olmaq istəyirəm və bu hissləri də yaşamaq arzusundayam. Dua edirəm ki, o günü görə bilim”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …