Şənbə , Avqust 20 2022
Ana səhifə / Şou Biznes / 10 il evli qaldıq, 9 il xəyanət etdi – Müğənni keçmiş arvadından danışdı

10 il evli qaldıq, 9 il xəyanət etdi – Müğənni keçmiş arvadından danışdı

Türkiyəli müğənni Berdan Mardini keçən il boşandığı həyat yoldaşı Fatoş Yelliler haqqında etiraf edib.

Belə ki, iş üçün Bodruma gedib-qayıdan Mardini keçmiş həyat yoldaşının evdə olmadığını görüb, telefonları açmadığını bildirib. Daha sonradan isə onun həmin vaxt gecə klubunda əyləndiyini öyrənib.
Müğənni bu hadisədən sonra şübhələnib və boşanmaq üçün məhkəməyə müraciət edib.

“Məni dəfələrlə aldatdığını övladlarım da bilir. 10 il evli qaldıq, 9 il xəyanətə uğramışam. Boşanandan sonra əşyalarının arasından məktublar, ətirlər, geyimlər tapdım. Evdə dolma, börək bişirib sevgililərinə aparıb. Uşaqlarımı belə bir anaya necə göstərim? Onsuz da hər dəfə görəndə travma yaşayırlar”.

Qeyd edək ki, boşandıqdan sonra Fatoş Yellilerin avtomobili güllələnib.

Mardini bu məsələ ilə bağlı da danışıb:

“Hadisənin mənimlə bağlı olmadığını daha əvvəl də demişəm. Allah bilir kimin canını incidib ki, belə bir şey baş verib. Evliliyimiz müddətində ona heç zaman şiddət göstərməmişəm. O qadını yox sayıram. Mənim üçün dəyəri olmayan biridir”. BakuPost

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu: “Dördarvadlılığın tərəfdarıyam”

Müğənni Şəbnəm Tovuzlunun oğlu Əliyə 4 həyat yoldaşı almaq istəyi tənqid edilib. Sənətçi “Deməsəm olmaz” …